14 il əvvəl dəmir yolunu 120 ilə keçən "avtoş" həbs edildi - FOTO

Biz vaxtaşırı olaraq hansısa avtoxuliqanın öz hərəkətlərini çəkib yaymasının şahidi oluruq. Bundan sonra isə, sosial şəbəkə dili ilə desək, hörmətli Vaqif əmi onu tapıb “ağıllandırır”. Tam normal və qanuni prosedur.
Maraqlıdır ki, bu təkcə bizdə belə deyil. Başqa ölkələrdə də vaxtaşırı belə “ağıllı”lar ortaya çıxır.
Avtosfer.az-ın xəbərinə görə, 2008-ci ildə çəkilmiş videoları yaymaq avtoxuliqanın başına bəla olub. “Porsche Panamera”nın sükanı arxasında olan avtoxuliqan videoda lovğalanıb ki, “Cenevrəyə 200-lə girdim çox yavaşdı. 300-lə sürməyə öyrəşmişəm”. Başqa bir videoda isə o, dəmir yolu keçidini 120-lə keçməsi ilə fəxr edib. Həm də bu zaman onun 16 yaşlı qızı arxa oturacaqda yatmış olub.
Bundan başqa, avtoxuliqan 50 km/saat sürət olan yerdə 110-la gedib, velosipedçi və piyadalara təhlükə yaradıb.
Beləcə, 14 il əvvəl törədilən xətaya görə sürix məhkəməsi sürücünü 6 ay həbs və 13 ay şərti azadlıqdan məhrumetmə ilə cəzalandırıb.
Maraqlı budur ki, hadisəni törədən şəxs gənc deyil. 2008-ci ildə 16 yaşlı qızı olan şəxsin avropalı olduğunu nəzərə alsaq sürücünün o vaxt azı 45 yaşı olub. İndi bu hesabla təxminən 60 yaşı var. Görəsən bu həbs onu ağıllandıracaqmı?
Uzun sözün qısası, intizamsızlıq yaşa baxmır.

Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












