14 milyard dolları vardı, indi süpürgəçinin pulunu verə bilmir...

Qərbin sanksiyaları altına düşən rusiyalı oliqarxlardan biri, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzündən əvvəl 14 milyard dollar sərvəti olan Mixail Fridman indi Londonda "əsir kimi" qaldığını deyir. Və bildirir ki, evinin süpürgəçisinin pulunu da ödəyə bilmir, çünki bütün kartları bloklanıb.
"Bloomberg Businessweek" nəşrinə müsahibəsində rusiyalı oliqarx gileylənib ki, bütün hesabları dondurulub. "Mən heç vaxt heç bir dövlət şirkətində işləməmişəm və ya heç bir dövlət vəzifəsi tutmamışam. Əgər Avropa İttifaqının məsul şəxsləri hesab edirlərsə ki, bu sanksiyalara görə mən cənab Putinin yanına gedə və ona "xüsusi əməliyyatı" dayandırmalı olduğunu deyə bilərəm, və hesab edirlərsə ki, bu işə yarayacaq, o zaman qorxuram bizim hamımızın böyük problemlərimiz var. Deməli kimlər ki, bu qərarı qəbul edir, Rusiyanın necə qurulduğu barədə anlayışları yoxdur", - milyarder bildirib.
Avropa İttifaqı Mixail Fridmana qarşı fevralın 28-də sanksiyalar tətbiq edib. Martın 15-də isə Böyük Britaniya ona əlavə sanksiyalar tətbiq edib və nəticədə oliqarxın həmin ölkə ərazisində işləyən yeganə bank kartı da bloklanıb. İndi o, evinin xidmətçisinin pulunu necə ödəyəcəyini bilmir. "Bəlkə evi mən özüm yığışdırım?",-Fridman əsəbi gülüşlə bildirib.
İndi Fridman şəxsi ehtiyacları üçün pullarından xərcləmək icazəsi almaq üçün ərizə verməlidir. Britaniya hökuməti isə Fridmana nə qədər pul lazım olduğunu özü müəyyən edəcək. Milyarder ən yaxşı halda ayda 2500 funt sterlinq xərcləyə bilər.
"Alfa bank"ın sahibi olan Fridman bildirir ki, onun təsis etdiyi təqaüd proqramları çərçivəsində ABŞ, Böyük Britaniya və Almaniya vətəndaşları Rusiyada işləməyə, səyahətə göndərilirdi. Məqsəd həmin vətəndaşların Rusiyanı daha yaxından anlamasına nail olmaq idi. "Sanksiyalar haqda danışanda gözləyirdim ki, mənə toxunmayacaqlar. Biz səmimi şəkildə inanırdıq ki, qərb dünyasında yaxşı dostlarımız var və bizi cəzalandıra bilməzlər. İndi isə mən bilmirəm bundan sonra necə yaşayacam", - Fridman deyib.
Dünyanın ilk qızılla örtülmüş küçəsi yaradılır - FOTOLAR
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO











