1993-cü ildən bəri Yer kürəsi təqribən 80 santimetr əyilib - Tədqiqat

Əriyən buzlaqlar və tükənən yeraltı sular dəniz səviyyəsini qaldırır. Alimlər tərəfindən aparılan bir araşdırma suyun yenidən bölüşdürülməsinin Yer kürəsinin fırlanma oxunu da dəyişdirdiyini göstərib.
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupu 1993-2010-cu illər arasında Yer kürəsinin fırlanma oxunun təxminən 78,48 santimetr dəyişdiyini aşkar edib. Bu dəyişiklik qismən suvarma və içməli su üçün yeraltı ehtiyatların çıxarılması ilə bağlıdır.
İqlim modelinin hesablamalarına görə, həmin dövrdə (1993–2010) yeraltı suların ümumi tükənmə həcmi 2150 giqatona çatıb. Bu, dəniz səviyyəsinin 6,24 millimetr artmasına bərabərdir.
Tədqiqatın aparıcı müəllifi, Seul Milli Universitetinin geofiziki Seo Ki-von izah edib ki, yeraltı suların yenidən bölüşdürülməsi hazırda digər iqlim amilləri ilə müqayisədə qütb sürüşməsinə ən böyük təsir göstərir. Beləliklə, Yer kürəsinin fırlanma qütbündəki dəyişiklikləri müşahidə etmək su ehtiyatlarının kontinental miqyasda necə dəyişdiyini anlamağa imkan verir. Ekoloqlar və su ehtiyatları menecerləri dəniz səviyyəsinin daha da qalxmasını və digər iqlim təsirlərini məhdudlaşdırmaq üçün bu məlumatlardan istifadə edərək tədbirlər hazırlaya bilərlər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












