“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

Ötən ilin sonunda astronomlar “2024 YR4” adlı asteroidi kəşf ediblər. Bu göy cismi ilkin hesablamalar yayımlandıqdan sonra ictimaiyyətin diqqətini cəlb edib. Həmin hesablamalara əsasən, növbəti onilliyin əvvəlində onun Yerə çırpılması ehtimalı az da olsa mövcud idi.
Avtosfer.az “phys.org” portalına istinadən xəbər verir ki, sonrakı müşahidələr göstərib ki, asteroidin Yerə düşməsi riski demək olar ki, istisna olunub. Lakin mütəxəssislərin fikrincə, 2032-ci ildə onun Aya düşməsi təxminən 4 faizlik ehtimalla mümkündür.
Qərbi Ontario Universitetinin Yer və Kosmos Araşdırmaları İnstitutunun alimlərindən ibarət bir qrup yaxın zamanda “2024 YR4” asteroidinin Ayla toqquşmasını əhatə edən 410-dan çox simulyasiya aparıb və nəticələri analiz edib.
Mütəxəssislərin məlumatına görə, asteroidin diametri 53-67 metr arasında dəyişir. Əgər bu asteroid Ayla toqquşsa, 6,5 meqaton trotil gücündə partlayışa səbəb olacaq və diametri ən azı 1 kilometr olan bir krater yaranacaq.
Üstəlik, toqquşma nəticəsində kosmosa atılacaq qalıqlardan təxminən 10 faizinin Yerə çatma və Yerin yaxın orbitindəki peyklərə zərər vurma ehtimalı var. Bu isə Yer orbitindəki peyklərin sıradan çıxması və kosmik tullantıların miqdarının kəskin artması ilə nəticələnə bilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












