2026-cı ilədək tikiləcək əsas daxili və transsərhəd yollar müəyyənləşib

Daxili və transsərhəd yol-nəqliyyat infrastrukturunun tikintisinin həyata keçirilməsi və zəruri sistemlə təmini nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nda əksini tapıb.
Planın əsas icraçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.
İlkin olaraq müvafiq yol-nəqliyyat infrastrukturunun tikintisinə dair tədbirlər icra ediləcək. Tədbirlər Planına əsasən, 2022-2026-ci illərdə Astara çayı üzərində körpünün tikintisi, Muğanlı‒İsmayıllı‒Qəbələ avtomobil yolunun və Ağsuçay üzərində körpünün tikintisi, Bakı‒Quba‒Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi həyata keçiriləcək.
Nəticədə, müvafiq marşrutlar üzrə yük və sərnişin daşımaların həcminin artması təmin ediləcək.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












