23 ilini gəmidə keçirdi, artıq quruda yaşaya bilmir

Okeanlara dərin bağlılığı olan kubalı Mario Salsedo 20 ildən çoxdur ki, sərnişin gəmisində yaşayır. Lakin indi quru həyatına uyğunlaşmaqda çətinlik çəkir.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər veirr ki, 1990-cı illərin sonlarında beynəlxalq maliyyə direktoru kimi stressli işini tərk edərək dəniz həyatına qədəm qoyan Mario bu cəsarətli qərarı ilə möhtəşəm sahilləri kəşf edib və müxtəlif mədəniyyətləri təcrübədən keçirib.
Lakin uzun müddət dənizdə yaşamaq onun sağlamlığında gözlənilməz bir problem yaradıb. Açıq dəniz həyatına o qədər öyrəşib ki, indi quruda hərəkət etməkdə çətinlik çəkir.
"Conde Nast Traveller" nəşrinə danışan Mario bu fiziki təsir haqqında belə deyib:
"Quru ayaqlarımı itirmişəm, ona görə də çox yırğalandığım zaman düz yeriyə bilmirəm. Gəmilərdə olmağa o qədər alışmışam ki, özümü quruda olmaqdan daha rahat hiss edirəm".
Mario 47 yaşında quru həyatını tərk etməyə qərar verdikdə fərqli gəmi şirkətləri araşdırıb. Nəhayət "Royal Caribbean" şirkətinin "Voyager of the Seas" gəmisini seçib və o vaxtdan bəri dənizdə yaşayır.
O, həmin gəminin o dövrdə dünyanın ən böyük sərnişin gəmisi olduğunu və ilk buz meydançası, ilk qayaya dırmanma divarı kimi yeniliklərlə kruiz səyahətlərinə tamamilə yeni bir səviyyə qazandırdığını bildirib.
Demək olar ki, gəminin daimi sakininə çevrilən Mario ekipaj üzvləri ilə dostluq münasibətləri qurduğunu və sanki gəminin bir parçasına çevrildiyini deyir. Hətta ona "Super Mario” ləqəbi verilib.
Hazırda "Royal Caribbean" şirkətinin sədaqət proqramında ən yüksək səviyyəyə çatmış Mario bu status sayəsində pulsuz internetdən istifadə edə bilir. İnvestisiya idarəçiliyi işini isə gəmidə "Super Mario Ofisi” yazılmış bir otaqda, uzaqdan icra edir.
Marionun Mayamidə hələ də bir mənzili var, lakin orada demək olar ki, vaxt keçirmədiyi üçün buranı artıq otel kimi təsvir edir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












