30 yaşdan sonra insanın özünü bədbəxt hiss etməsinin 2 ƏSAS SƏBƏBİ

30 yaşdan sonra insanlar niyə özlərini bədbəxt hiss edirlər. Psixoterapevtlər, həyatın ən çətin anlarında daxili sabitliyi və emosional rifahı qorumaq üçün özünə necə dəstək olmağın yollarını tövsiyə edirlər. Mütəxəssislərin fikrincə, 30 yaşdan sonra xoşbəxtlik səviyyəsi bir sıra fizioloji və sosial amillərin təsiri altında əldəgedilməz ola bilər.
Avtosfer.az “Lent.az”a istinadən xəbər verir ki, bu əsas 2 səbəbi sizə təqdim edir:
Ən başlıca iki səbəb isə maliyyə çətinlikləri və sağlamlıq problemləridir. 30 yaşdan sonra insanların orqanizmində hormonal dəyişikliklər baş verir, metabolizm yavaşlayır. Bu isə həm ümumi sağlamlığa, həm də emosional vəziyyətə mənfi təsir edir. Digər tərəfdən, bu yaş dövrü insanın peşəkar və ailə öhdəlikləri, maliyyə sıxıntıları və digər stress doğuran faktorlarla qarşılaşdığı mərhələdir.
Mütəxəssislər bildirirlər ki, 35-40 yaş arasında bir çox insanlar "orta yaş böhranı" ilə üzləşirlər. Bu böhran insanı həyat məqsədlərinə, dəyərlərinə və yaşam tərzinə yenidən baxmağa məcbur edir. Artıq insan nə işindən, nə də əvvəl "ən yaxın dost" hesab etdiyi insanlarla münasibətlərdən zövq ala bilir. Psixoterapevtlərin izahına görə, məhz bu cür böhranlı dövrlərdə insan dəyişikliklərə tez uyğunlaşmağı öyrənməlidir, çünki bu dəyişikliklər çox vaxt stresslə müşayiət olunur. Mütəxəssislər vurğulayırlar ki, emosional dayanıqlığı inkişaf etdirmək və daxili tarazlığı qorumağın yollarını tapmaq vacibdir.
Emosional rifahı qorumaq üçün nə etməli?
- Sağlam həyat tərzi sürmək
- Mütəmadi idmanla məşğul olmaq
- Sizi enerji ilə dolduran insanlarla ünsiyyətə daha çox vaxt ayırmaq
Bunlara əməl etdiyiniz təqdirdə, ən yüksək stres səviyyəsində belə emosional sabitliyi qorumaq və ümumi xoşbəxtlik hissini artırmaq mümkündür.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












