40 yaşı keçənlərin DİQQƏTİNƏ!

Mütəxəssislər bildirirlər ki, keyfiyyətli yuxu sağlam həyat üçün düzgün qidalanma qədər vacibdir. Lakin xüsusilə 50 yaşdan sonra bəzi qidalar fərqinə varmadan yuxu keyfiyyətini ciddi şəkildə azalda bilər.
Avtosfer.az xəbər verir ki, İspaniya Nevrologiya Cəmiyyətinin (Spanish Society of Neurology) məlumatına görə, yetkinlərin təxminən 48 faizi kifayət qədər keyfiyyətli yuxu ala bilmirlər. Hətta hər üç nəfərdən biri gecə narahatlıq hissi ilə oyanır. Yuxusuzluğun isə immun sistemini zəiflətdiyi və xroniki xəstəliklər riskini artırdığı xüsusi vurğulanır.
Mütəxəssislər qeyd edirlər ki, yuxu problemi təkcə stress və ya gündəlik rejimlə bağlı deyil, həm də qəbul edilən qidalarla birbaşa əlaqəlidir. ABŞ-nin AARP təşkilatının (American Association of Retired Persons) tövsiyələrinə əsasən, 50 yaşdan yuxarı şəxslər axşam saatlarında bəzi spesifik qidalardan uzaq durmalıdırlar:
Bərk pendirlər: Tərkibindəki tiramin maddəsi ürək döyüntüsünü sürətləndirə və qan təzyiqini yüksəldə bilər.
Pomidor və sitrus meyvələri: Mədə turşusunu artıraraq reflüksə səbəb olur və yuxu prosesini pozur.
Qırmızı və emal olunmuş ət: Gec həzm olunduğu üçün orqanizmi yuxu zamanı da aktiv saxlayır.
Kofeinli içkilər: Qəhvə, çay və kakao beyni stimullaşdıraraq yuxuya getməyi çətinləşdirir./news24.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












