55 mindən çox insanın öldüyü zəlzələdən sonra mağarada yaşayır - FOTOLAR

Türkiyədə evli və 3 uşaq atası olan 55 yaşlı Ali Bozoğlan 2 ildir ailəsindən uzaqda, mağarada yaşayır.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun 2023-cü ildə Hatayda baş verən güclü zəlzələdən sonra evi çöküb.
Zəlzələdən sonra psixoloji cəhətdən çətin günlər keçirən Bozoğlan 2 il əvvəl Samandağ rayonunun Yaylıca məhəlləsinin sərhədləri daxilində mağara kəşf edib. O, zəlzələ qorxusunu dəf etmək və insanlardan uzaq yaşamaq üçün burada məskunlaşıb.

A. Bozoğlan dövlət tərəfindən konteyner evə köçürülmək təklifini rədd etdiyini deyib: “Hər kəs mağara həyatını yaşaya bilməz, amma mən fərqli insan olduğum üçün yaşayıram. Zəlzələdən sonra 2 ildir burada yaşayıram və rahatlıq tapmışam. Bu mağara min illərdir var və dağılmayıb. Mağarada günüm çox yaxşı keçir və rahatam. Qab-qacaqları yuyuram, buraları təmizləyirəm, özümə yemək hazırlayıram.
Amma elektrik problemim var. Mümkünsə, günəş panellərindən istifadə etmək istərdim. Bunu da paltaryuyan və soyudu üçün istəyirəm. Mağarada yaxşı xatirələrim var. Mən hamıdan uzaq, təbiətlə təmasdayam. Savadsız insanlar mağarada yaşadığım haqda pis fikirlər söyləyirlər. Yanımda oturmurlar, söhbət etmirlər və məni tanımadıqları üçün müxtəlif şərhlər verirlər”.
Qeyd edək ki, sözügedən zəlzələ nəticəsində 55 mindən çox insan həlak olub.
.png)



3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












