62 yaşlı qadın krançı: “Qızım da krançı olsun istəyirəm” - FOTO

Bakı Dərin Özüllər Zavodunda çalışan 62 yaşlı Sifay Kərimova artıq 23 ildir ki qaldırıcı kran operatoru kimi fəaliyyət göstərir.
Avtosfer.az PhotoStock.az-a istinadən xəbər verir ki, o, SOCAR-ın törəmə müəssisəsi olan "BOS Şelf" şirkətinin əməkdaşıdır. Əslən Sabirabaddan olan Sifay Kərimova illərdir ağır yükləri kranla qaldırsa da, onun çiyinlərinə düşən həyat yükü bundan da ağır olub.
Gənc yaşlarında həyat yoldaşını itirən Sifay Kərimova övladını tək böyütmək məcburiyyətində qalıb və ailəsini dolandırmaq üçün kran operatoru peşəsini öyrənib. Beləcə, həyat yoldaşının vaxtilə çalışdığı işi davam etdirməyə qərar verib.
Sifay Kərimova üçün iş saatı 07:30-da başlayır. Əvvəlcə bütün kollektiv toplanır və gündəlik tapşırıqlar verilir. Daha sonra krana qalxan Sifay Kərimova siqnalçının göstərişi ilə işə başlayır. İş saatı isə 16:25-də yekunlaşır.
Onun sözlərinə görə, bu iş məsuliyyət və diqqət tələb edir, çünki kiçik bir səhv ciddi nəticələrə səbəb ola bilər. Heç vaxt çətinliklərə boyun əyməyən Sifay Kərimova hesab edir ki, qadın həm zərif, həm də güclüdür və istədiyi təqdirdə hər bir işin öhdəsindən gələ bilər. Bununla yanaşı, o, yeganə qızının da bu peşəni davam etdirməsini arzulayır, çünki işinə olan sevgisini övladına da aşılayıb.
Bu gün Sifay Kərimova yalnız kran operatoru deyil, həm də əzmkarlığı və qətiyyəti ilə nümunə olan Azərbaycan qadınlarından biridir.
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO



















