750 milyonluq “Moskva” gəmisinin suyun altından ilk görüntüsü – FOTO

Sosial şəbəkələrdə Rusiyanın Qara dənizdə batmış “Moskva” raket kreyserinin exolokasiya ilə çəkilmiş görüntüsü yayılıb. Kadrdan görünür ki, RF-in Qara dəniz donanmasının flaqmanı sol yanı üstə batıb. Dağıntılara əsasən ehtimal etmək olar ki, “Moskva”nın gövdəsi dibə dəyməzdən əvvəl qırılıb.
Ukrayna rəsmilərinin məlumatına görə, göyərtəsində çoxlu sayda “S-300” sistemləri olan kreyser Xersonda Rusiya qoşunlarını havadan müdafiə ilə təmin edirdi. Ümumiyyətlə, “Moskva” düşmənin böyük suüstü gəmilərinə hücum etmək üçün hazırlanmışdı, həmçinin uzaq birləşmələrin hava hücumundan müdafiəsini və desantlar üçün atəş dəstəyini həyata keçirə bilirdi. “Forbes”un məlumatına görə, bu gəmi Ukrayna ilə müharibədə Rusiyanın ən bahalı hərbi itkisi olub. Kreyserin təxmini dəyəri 750 milyon dollardır (1,275 milyard manat).
Mənbə: “Dumskaya” “Telegram” kanalı
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












