ABŞ-da yüksək səsli it hürməsi qanun pozuntusu kimi qəbul olundu

ABŞ-ın Şimali Karolina ştatının Qrem bölgəsində itin yüksək səslə hürməsi yerli səssizlik qanununun pozulması kimi qəbul olunub.
Bu barədə WRAL məlumat yayıb. Yerli qanunun normalarına əsasən, səsin müəyyən edilmiş yüksəklik həddini aşması ancaq hər hansı zərurətlə əsaslandırılmalıdır. Rayon prokurorunun qərarına əsasən, yeddi yaşlı “Leo” ləqəbli böyük pireneyin hürməsi bu qaydanın pozulması hesab olunub. Qeyd olunub ki, itin sahiblərinə kompromis həll yolu - səs tellərinin çıxarılması təklif olunub. “Mən etiraf edirəm ki, mənim bölgəm üzrə rayon prokurorunun köməkçisi şəhərin səssizlik qaydalarının pozulmasının mümkün həlli kimi itin səs tellərinin cərrahi yolla çıxarılmasını təklif edib. İstər zarafatla deyilmiş olsun, istərsə ciddi, bütün hallarda bu təklif yersiz idi”, - deyə rayon prokuroru Eşli Uelç katibin təklifi ilə bağlı fikirlərini bildirib. Heyvanın sahibləri yerli hakimiyyətin qərarından narazı olduqlarını və məhkəmə prosesinə davam etməyi planlaşdırdıqlarını bildiriblər.
Mənbə: Gazeta.ru
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












