"Adın nədir" sualının ən uzun cavabı: Deməsi 20 dəqiqə çəkir - FOTOLAR

"Adınız nədir” sualı, gündəlik həyatda ən sadə və ən tez cavablanan suallardan biridir. Lakin bu, Yeni Zelandiyadan olan Lourens Uotkins üçün keçərli deyil. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, onun tam adı 2 min 253 sözdən ibarətdir və Uotkins bu adı tam şəkildə demək üçün təxminən 20 dəqiqə vaxt sərf edir. Yeni Zelandiyanın Oklend şəhərində yaşayan 60 yaşlı Lourens Uotkins 2 min 253 sözdən ibarət adı ilə Ginnesin Rekordlar Kitabına düşüb. Onun adını tam şəkildə oxuması düz 20 dəqiqə çəkir.

Bu qeyri-adi vəziyyət 1991-ci ildəki toy mərasimində də maraqlı anlara səbəb olub. Nikah məmuru Uotkinsin adını əvvəlcədən kasetə yazdırıb. Qonaqlar şampan qədəhləri ilə zalda gəzərkən həmin səs yazısı səsləndirilib və yazı bitdikdə Uotkins nəhayət "Bəli” deyə bilib. 1965-ci ildə doğulan Uotkins uşaqlıq illərində "Ripley’s Believe It or Not!" adlı televiziya proqramına böyük maraq göstərib. Bu verilişdə dünyadakı qeyri-adi insanlar, yerlər və hadisələr haqqında maraqlı faktlar təqdim olunurdu. Uotkins "CNN International”a müsahibəsində o illəri belə xatırlayıb: "Rekord sahiblərinə heyran idim. Dünyanın ən sürətli, ən uzun, ən güclü insanları... Ən uzun saçlı, ən uzun dırnaqlı insanlar və daha neçə-neçə qeyri-adilər".


O, "adi bir insan" kimi ən real şansının dünyanın ən uzun adını yaratmaqda olduğunu düşünüb. Uotkins başqa bir rekord cəhdindən də danışıb: "Digər seçim ər-arvad arasında ən böyük boy fərqi rekordu idi. O vaxtkı rekord sahibi mənimlə eyni boyda - 1,88 metr olan cənubi afrikalı bir kişi idi və həyat yoldaşı 91 santimetr boyunda idi. Yəni, daha qısa biri ilə evlənməyincə bu mümkün görünmürdü". 1990-cı ildə Uotkins adını qanuni şəkildə dəyişmək üçün məhkəməyə müraciət edib. Bu proses zamanı işlədiyi kitabxanadakı kitablardan və həmkarlarının tövsiyələrindən ilham alaraq adlar seçib. İlk müraciəti rədd edilsə də, Ali Məhkəməyə müraciət edərək işini udub və adını rəsmi şəkildə dəyişdirməyə nail olub.

“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO
“BYD”də qəribə nasazlıq; sürücü bunu edəndə bütün panel donur - VİDEO
Çində zədəli körpünü 43 saata düzəltdilər: Azərbaycanda isə 43 gündür iş gedir - VİDEO
Bu şəhərdə gündüz yanacaq daşımaq qadağan edildi
Bu şəhərdə parkinq əməkdaşlarının əksəriyyəti lal-kardır - FOTO
Dünya liderlərinin ilk avtomobilləri hansılar olub? - ARAŞDIRMA
Axtarışda olan şəxs sərxoşluğu ucbatından yaxalandı – VİDEO
Sərxoş sürücünün bu hərəkəti polisi TƏƏCCÜBLƏNDİRDİ – FOTO
Bu ölkədə elektrik avtobus bazarının yarısına “BYD” nəzarət edir










