Aeroportu olmayan 5 AVROPA ÖLKƏSİ

Dünyada ən sürətli səyahət vasitəsi aviasiyadır. Lakin dünyada elə dövlətlər var ki, onların nə hava şirkəti, nə də hava limanı var.
Avtosfer.az xəbər verir ki, dünya xəritəsində mövcud olan 197 dövlətdən beşində aeroport yoxdur və bu dövlətlərin hamısı Avropa qitəsindədir.
İspaniya ilə Fransa arasında yerləşən Andorra Knyazlığının sahəsi cəmi 468 kvadrat kilometrdir. Pireney dağlarının qoynunda yerləşən bu ölkədə relyef aeroport tikməyə əlverişli deyil. Knyazlığa ən yaxın hava limanları Barselona və Tuluz şəhərlərində yerləşir.
Ən ucuz evin 1 kvadrat metrinin 100 min dollar olduğu Monakonun da aeroportu yoxdur. 208 hektar ərazisi olan ölkəyə gəlmək üçün ən yaxın hava limanı 20 kilometrlikdəki Nitsa şəhərində (Fransa) yerləşir.
160 kvadrat kilometr sahəsi olan Lixtenşteyn Knyazlığının qonşu sarıdan bəxti gətirib. Ölkə Avstriya ilə İsveçrənin arasında qərar tutub. Lixtenşteynlilər üçün ən yaxın aeroport İsveçrənin Sürix şəhərində yerləşir.
Avropanın üçüncü ən kiçik ölkəsi olan San-Marinonun (61 kvadrat kilometr) vətəndaşları İtaliya aeroportlarından istifadə edirlər.
Dünyanın ən kiçik dövləti olan Vatikana (0,4 kvadrat kilometr) gəlib-getmək üçün Roma aeroportundan istifadə etmək lazımdır.
Ən əsası, aeroportun yoxluğu bu ölkələr üçün heç bir məhdudiyyət yaratmır.
Vüqar
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












