Ailədə uşaqların özgüvəni necə formalaşır? – Hər şey ana bətnindən başlayır... - FOTO

Ailə içində sağlam və güvənli əlaqələrin qurulması uşaqların inkişafı üçün çox vacibdir. Uşaqların emosional və sosial rifahı valideynlərlə qurduqları əlaqələrdən birbaşa asılıdır. Buna görə də valideynlərin uşaqları ilə müsbət və səmimi münasibətlər qurması onların özgüvənini, problemləri həlletmə qabiliyyətini və psixoloji sağlamlığını gücləndirə bilər.
Belə bir əlaqənin qurulmasında valideynlər hansı üsul və yanaşmaları tətbiq etməlidir?
Ailə içindəki kommunikasiya və qarşılıqlı anlayışın inkişaf etdirilməsi üçün hansı praktiki addımlar atıla bilər?
Mövzu ilə bağlı psixoloq Aygül Məlikova Avtosfer.az-a bildirib ki, güvən duyğusu uşaqların həyatında ən əsas amillərdən biridir və bu duyğu ilk növbədə güvənli bağlanmadan yaranır:“Güvənli bağlanma uşağın ana bətnindən başlayaraq inkişaf edir. Valideyn olaraq uşaq dünyaya gəldikdən sonra göstərdiyimiz davranışlar, emosiyalar və reaksiyalarla bu bağlanmanın keyfiyyətini müəyyənləşdiririk.

Bir uşaq səhv etdikdə və ya yanlış addım atdıqda valideynlərin yanaşması çox önəmlidir. Əgər uşağın etdiyi yanlışlar hər dəfə "yalan" və ya "səhv" kimi etiketlənirsə, onu hər kəsin qarşısında utandırırıqsa, o zaman uşağın güvənini ciddi şəkildə zədələyə bilərik. Güvənli bağlanma zamanı uşağın arxayın olduğu valideynləri tərəfindən müdafiə olunması, onun düzgün və səhv davranışlarını anlaması çox vacibdir. Uşağın etdiyi yanlışlar haqqında açıq şəkildə danışıldıqda bu, güvənin sarsılmasına səbəb ola bilər”.
Psixoloq əlavə olaraq bildiirb ki, əgər uşaq ailə daxilində lazımi məlumatları ailəsindən deyil, kənardan alırsa, bu da güvənin daha da zədələnməsinə səbəb olur: “Güvənli münasibətlər və sağlam əlaqələr qurmaq istəyiriksə, diqqət yetirməli olduğumuz bir neçə vacib məqam var: Uşağımıza verdiyimiz sözlərə diqqət etməliyik.
Onların yanında və ya başqalarının qarşısında istifadə etdiyimiz ifadələrə diqqət etməliyik.

Uşağımıza onun dəstəyə və yardıma ehtiyacı olduğu zaman "balaca uşağsan, sənə kömək edə bilmərəm" kimi ifadələr işlətməməliyik.
Əksinə, çətinliklər zamanı uşağımıza dəstək olacağımızı və hər zaman yanında olacağımızı bildirərək güvənli bir əlaqə qura bilərik. Həmçinin uşağa düzgün bir davranış sərgilədikdə "sənin yanındayam, əgər bir səhv etmisənsə, mən səninlə olacağam" kimi cümlələr istifadə etmək, onun güvənini daha da artırar.
Unutmaq olmaz ki, biz güvəni bir neçə dəqiqə ərzində məhv edə bilərik, amma onu bərpa etmək daha uzun bir zaman tələb edə bilər”.
Eltac Zülfüqaroğlu
Taksi sürücüsünün üsyanı: Dərdinizi mənə yox, ona danışın - FOTO
Limit yoxdur, amma almanlar sürmürlər – SƏBƏB - FOTO
Rəqqasə Fatimə Bakı metrosunda görün neylədi – VİDEO
Müasir dərmanlar insanların xəstəlikləri üçün nə qədər təsirlidir? - Həkim AÇIQLADI
Çin şirkəti avtomobildə unitaz sistemini patentləşdirib - RƏSMİ
Yaşıl Kart almaq istəyən sürücülər bu sığorta şirkətlərinə müraciət etməlidir - RƏSMİ
“Uber” robot taksilərə 10 milyard sərmayə qoyur
Sərxoş və narkoman pilotlar uçuşa buraxılırmış
YDM işçisi avtomobildəki Rusiya nömrəsini oxuya bilməyib sistemə belə yazdı - VİDEO
Bakının nəqliyyat yükü necə aradan qaldırıla bilər? – Ekspert AÇIQLADI - VİDEO
Müasir avtomobillərdə yeni trend: funksiyalar artıq aylıq ödənişlə aktivləşəcək - RƏSMİ








