Alimlər Ayın gizli hərəkətini üzə çıxardılar - Təəccübləndirən kəşf

Uzaqdan baxanda Ay tamamilə sakit və hərəkətsiz görünür. Çünki milyardlarla il əvvəl o demək olar ki, bütün geoloji aktivliyini itirib. Amma alimlər təəccüblü bir fakt aşkarlayıblar: Ay hələ də müntəzəm olaraq "əsir" - özü də gündə iki dəfə!
Avtosfer.az-ın pravda.ru-ya istinadla verdiyi məlumata görə, bu fakt Kaliforniya Texnologiya İnstitutunun (Caltech) araşdırması ilə məlum oldu.
Bildirilir ki, bu sirli hadisənin səbəbi isə Ayın səthində tapılıb.
"Ayın zəngli saatı" nədir?
"Apollo" missiyaları zamanı astronavtlar Ayda bir neçə seysmometr (zəlzələləri ölçən cihaz) quraşdırmışdılar. Uzun illər bu cihazlardan alınan məlumatlar köhnəlmiş hesab olunurdu. Lakin Kaliforniya Texnologiya İnstitutunun (Caltech) alimləri bu məlumatlara - bu dəfə süni intellekt və müasir maşın öyrənməsi alqoritmlərinin köməyi ilə yenidən baxmaq qərarına gəlirlər.
Nəticə heyrətamiz olub: Ayda hər gün, eyni saatlarda, kiçik titrəyişlər - yəni mikro əsmələr baş verir!
Səbəb Günəşdə gizlənir
Araşdırmalar göstərdi ki, bu "Ayın zəngli saatı" Günəşin doğması və batması anlarında baş verir. Səbəbi isə çox sadədir: temperaturun sərt dəyişməsi!
Ayda atmosfer yoxdur, ona görə də, temperatur birdən-birə dəyişir. Gündüzlər səthin temperaturu +120°C-yə qədər qalxır, gecələr isə -133°C-yə qədər düşür. Bu kəskin istilik fərqləri Ay səthindəki qayaların genişlənib-daralmasına səbəb olur, bu da mikroskopik titrəyişlərə yol açır.
Bu hal gələcək Ay missiyaları üçün niyə vacibdir?
Baxmayaraq ki, bu titrəyişlər insanın hiss edə bilməyəcəyi qədər zəifdir, gələcəkdə Ayda qurulacaq bazalar və avadanlıqlar üçün təhlükə yarada bilər. Alimlər vurğulayırlar ki, bu kiçik, amma davamlı "Ay titrəyişi" gələcək layihələrin dizaynında və istifadə olunacaq materialların seçimində mütləq nəzərə alınmalıdır.
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu










