Alimlər insanın ən xoşbəxt olduğu yaşı açıqladı

Çoxlarının düşündüyünün əksinə olaraq, 20 yaş insan həyatının ən yaxşı dövrü deyil. Yeni tədqiqatlara əsasən, insanlar həqiqətən həyatlarından məmnun olmağa və xoşbəxtliyi tapmağa 50 yaşdan sonra başlayırlar.
Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Yourtango" nəşrinin təqdim etdiyi və 20-dən çox ölkədən 200 mindən artıq iştirakçının qatıldığı "Qlobal firavanlıq araşdırması"na görə, insanların əksəriyyəti 50 yaşa qədər öz həyatlarını yetərincə dəyərləndirə bilmir və yüksək rifah səviyyəsinə çata bilmirlər.
Tədqiqat göstərib ki, 18–29 yaş aralığında olan gənclər adətən xoşbəxtlik, fiziki və psixi sağlamlıq, öz xarakterlərini qəbul etmə, həyatın mənasını tapma, münasibətlərin keyfiyyəti və maliyyə sabitliyi baxımından çətinliklər yaşayırlar. Bu isə firavanlıqdan uzaq bir mənzərə yaradır.
Z nəsli və dəyişən uğur anlayışı
Z nəsli yeniyetməlik dövründə böyüklərdən "yetkin həyatın necə görünməli olduğu” barədə fikirlər eşitsə də, artıq özləri yetkin olduqda bu meyarlara nail olmağın daha da çətinləşdiyini müşahidə edirlər. Ev sahibi olmaq, yüksək maaşlı iş tapmaq, ailə qurmaq kimi uğur əlamətləri indi çoxlarına əlçatmaz görünür.
Bununla belə, alimlər bildirirlər ki, insanın xoşbəxtliyi onun öz əlindədir və bu istiqamətdə atılan şəxsi addımlar mühüm rol oynayır.
Ən əsas faktor - münasibətlər
Araşdırmada vurğulanır ki, xoşbəxt həyatın əsas açarı insan münasibətləridir. Dini və ya ictimai fəaliyyətlərdə iştirak edən, başqaları ilə birgə yaşayan və ya birlikdə yemək yeyən insanlar daha yüksək rifah səviyyəsi bildiriblər. Hər kəs həyatın bütün aspektlərinə nəzarət edə bilməsə də, öz davranışlarını idarə edə bilər.
Alimlər tövsiyə edir ki, ümidsizliyə qapılmaq əvəzinə, sevdiklərinizlə vaxt keçirməyə üstünlük verin. Bu, həm emosional, həm də sosial rifahı artırmaqda təsirli addımdır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












