Alimlər Leonardo da Vinçinin ürək rəsmlərindəki 500 illik sirri açdı

Müasir texnologiyalar dahi Leonardo da Vinçinin əsrlərdir alimləri düşündürən sualına cavab verib. Onun ürəyin daxili divarlarında təsvir etdiyi mürəkkəb əzələ şəbəkəsi - trabekulların funksiyası və əhəmiyyəti nəhayət ki, aydınlaşdırılıb. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Da Vinçi əsrlər əvvəl bu strukturları ətraflı şəkildə çəkmiş, onların qan dövranında rol oynaya biləcəyini ehtimal etmişdi. Lakin əsrlər boyunca trabekulların funksiyası müəmmalı qalmışdı. "Nature” jurnalında dərc olunmuş son araşdırma, MRT texnologiyası, fraktal analiz və genetik tədqiqatların köməyi ilə trabekulların ürəyin fəaliyyətində həlledici rol oynadığını sübut edib. Məqalədə alimlər bildirirlər ki, trabekullar sadəcə embrion inkişafının qalığı deyil, əksinə, qan axınının səmərəliliyinə təsir göstərərək ürəyin işini tənzimləyir. Onlar embrionun erkən mərhələsində formalaşır və sonradan ətrafında əzələ toxuması inkişaf edir. Araşdırma göstərib ki, trabekulların quruluş xüsusiyyətləri ürək çatışmazlığı və aritmiyalar kimi xəstəliklərə genetik meyilliliyi müəyyən edə bilər. Alimlər fraktal nəzəriyyədən istifadə edərək trabekulların mürəkkəb, ağac budaqlarına bənzər quruluşunu öyrənib. Bu metod sağlam və xəstə ürək toxumalarının fərqləndirilməsinə imkan yaradıb. Tədqiqatın nəticələrinə görə, trabekulların genetik əsaslarının öyrənilməsi gələcəkdə hədəfli terapiya üsullarının inkişafına, ürək xəstəliklərinin qarşısının alınmasına və müalicəsinə yeni imkanlar açacaq.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












