Alimlər Marsda qədim həyat əlamətləri tapıblar

Keçən il NASA-nın Mars aparatı qara və ağ ləkələri olan bir qaya kəşf edib. Avtosfer.az xəbər verir ki, indi alimlər tapıntını təhlil edərək deyirlər ki, bu, Qırmızı planetdə nə vaxtsa həyatın mövcud ola biləcəyinə dair indiyədək ən güclü sübutlardan biridir. Keçən yay “Perseverance” roveri milyardlarla il əvvəl suyun mövcud olduğu Marsın şimalındakı quru çay yatağında qeyri-adi kəşf etdi. Orada, tədqiqatçıların fikrincə, qədim mikroskopik həyatın izlərini ehtiva edən xarakterik ləkələri olan qayalar tapıldı. “Nature” jurnalında dərc olunan məqalədə alimlər qeyd edirlər ki, tapıntı Marsda həyatın mümkün mövcudluğunun ən inandırıcı sübutlarından biridir. Stouni Bruk Universitetinin (Nyu-York) mütəxəssisləri tərəfindən tədqiq edilən qayada kimyəvi reaksiyalar nəticəsində əmələ gəldiyi güman edilən iki mineral var. Yer üzündə bu cür proseslər çox vaxt mikroorqanizmlərin fəaliyyəti ilə əlaqələndirilir. NASA-nın inzibatçısı Şon Daffi deyib: “Donald Trampın prezidentliyi dövründə ilk dəfə buraxılan “Perseverance” roverinin bu kəşfi Marsda həyatın təsdiqlənməsinə dair indiyədək etdiyimiz ən yaxın kəşfdir”.
“Sapphire Canyon” adlı nümunə Neretva vadisinin kənarındakı qayalıqlardan “Perseverance” tərəfindən toplanıb. Belə ki, 3 milyard ildən çox əvvəl bir dövrdə gölün mövcud olduğu Jezero kraterinə çay axırdı. 2021-ci ilin fevral ayında rover su ilə əmələ gələn və ya dəyişdirilmiş qayaları axtarmaq üçün bu kraterə enib.
Alimlər vurğulayırlar ki, aşkarlanan reaksiyaların başqa izahları ola bilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












