Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər

Con Hopkins Tibb Mərkəzinin alimləri maraqlı araşdırma aparıblar. Elm adamları müəyyən ediblər ki, siqareti qismən atmaq ürək-damar xəstəlikləri riskini demək olar ki azaltmır. Yalnız siqaretdən tamamilə imtina etmək bu istiqamətdə əhəmiyyətli faydalar gətirir.
Avtosfer.az xəbər verir ki, tədqiqatın nəticələri PLOS Medicine jurnalında dərc olunub.
Tədqiqat, təxminən 20 il aparılıb. Bu illər ərzində izlənilən 323.826 orta yaşlı insanlardan əldə edilən məlumatlar toplanılıb. Bu müddət ərzində 125.000-dən çox ölüm və 54.000 ürək-damar xəstəliyi hadisəsi qeydə alınıb. Tədqiqatçılar könüllülərin siqaret çəkmə tarixçəsini, gündə çəkilən siqaretlərin sayını və siqareti tərgitdikdən sonrakı dönəmləri "Cox" proporsional risklər modelindən istifadə edərək təhlil ediblər.
Tədqiqata qatılmış iştirakçıların orta yaşı təxminən 60 olub. Onların əksəriyyəti qadınlar imiş. Tədqiqata başlayanda 14% hazırda siqaret çəkən, 49% siqareti tərgitmiş və 36% heç vaxt tütün məhsullarından istifadə etməmiş şəxslər olub.
Təhlillər zamanı demoqrafik amillər, bədən kütlə indeksi, diabet, koronar ürək xəstəliyi və alkoqol istehlakı da nəzərə alınıb.
Nəticələr göstərib ki, gündə hətta bir neçə siqaret belə ürək-damar xəstəlikləri riskinin əhəmiyyətli dərəcədə artması ilə əlaqələndirilir.
"Hazırkı və keçmişdə siqaret çəkmiş şəxlər üçün risk dərəcəsi üç amil ilə müəyyən edilir: siqaret çəkmə müddəti, gündə çəkdikləri siqaretlərin sayı və siqareti tərgitdikdən sonrakı vaxt amili. Lakin dəqiq bir qənaət əldə edilib ki, yalnız siqaretdən tamamilə imtina etmək ürək-damar xəstəliklərinin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır", - deyə "Ciccarone" Ürək-Damar Xəstəliklərinin Qarşısının Alınması Mərkəzinin Klinik Tədqiqat Direktoru və tədqiqatın aparıcı müəllifi, tibb elmləri doktoru Maykl Blaha bildirib.
Qeyd edək ki, indiyə kimi həkimlər siqareti azaltmağın ürək-damar xəstəliklərinin qarşısını aldığını iddia edirdilər.(Publika.az)
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO










