Alimlər yadplanetliləri harada axtaracaqlarını tapdılar

Pensilvaniya Universiteti və NASA-nın Reaktiv Sürət Laboratoriyasının tədqiqatçıları müəyyən ediblər ki, yadplanetli sivilizasiyalar insanların kosmik gəmiləri ilə planetlər arasında göndərdikləri radiosiqnallarını aşkar edə bilirlər. Belə bir dinləmə üçün ən çox ehtimal olunan məqam Yer kürəsi və Mars arasında aparılan radiosiqnal mübadiləsidir. Avtosfer.az xəbər verir ki, araşdırma “The Astrophysical Journal Letters” (AJL) jurnalında dərc olunub. “İnsanlar əsasən Mars kimi digər planetləri də öyrənmək üçün göndərilən kosmik cihazlarla əlaqədə olurlar. Bununla belə, planet siqnalı tamamilə bloklamır və onun sızması kənar müşahidəçi tərəfindən aşkar edilə bilər”, araşdırmanın müəllifi, Pensilvaniya Universitetinin aspirantı Pinqçen Fan deyib. Alimlər NASA-nın planetlərarası missiyalarla əlaqəni təmin edən qlobal antenalar şəbəkəsi “Deep Space Network”ün iyirmi illik fəaliyyətinin nəticələrini təhlil ediblər. Məlum olub ki, siqnalların əksəriyyəti xüsusi olaraq Mars və Günəşə yaxınnöqtələrdə yerləşən cihazlara yönəlib. Hesablamalara görə, yadplanetli sivilizasiya Yer və Marsı təsadüfən müşahidə edərsə, 77 faiz siqnallardan birini dinləyəcək. Digər planetlərin vəziyyətində isə ehtimal təxminən 12 faiz təşkil edir. Pensilvaniya Universitetinin professoru Ceyson Vraytın fikrincə, bu, yadplanetliləri harada axtarmaq lazım olduğuna kömək edə bilər.
Elm adamları iddia edirlər ki, “Deep Space Network”ün radiosiqnalları Yerdəkilərə bənzər teleskoplardan istifadə etməklə 23 işıq ilinə qədər məsafədən aşkarlana bilər. (Teleqraf)
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












