Alimlərin ARAŞDIRMASI - Ən ağıllı insanlar bu ayda doğulur

ABŞ alimləri təhsil göstəricilərini nəzərə alaraq, doğum ayı ilə intellekt arasındakı əlaqəni araşdırıblar. 6-15 yaş arası uşaqlar arasında aparılan araşdırma maraqlı nəticələr ortaya çıxarıb.
Avtosfer.az xəbər verir ki, araşdırma çərçivəsində sentyabrda doğulan uşaqların daha yüksək intellektə malik ola biləcəyi müəyyən edilib.
Tədqiqat uşaqların doğum ayının onların intellektual inkişafına təsir göstərə biləcəyi ehtimalı ilə bağlı maraqlı perspektiv təklif edir.
Araşdırmada sentyabr ayında doğulan uşaqların akademik uğurları ilə seçildiyi müəyyən edilib. ABŞ-də 1 milyon şagirdin məlumatlarını araşdıran elm adamları sentyabrda doğulan şagirdlərin digər aylarda doğulanlara nisbətən təhsil performansında daha uğurlu olduğunu üzə çıxarıblar.
Tədqiqatçıların fikrincə, sentyabrda dünyaya gələn uşaqlar digər aylarda doğulan uşaqlardan daha yaxşı akademik göstəricilərə malikdirlər. Bu önəmli fərq orta məktəb və lisey üçün etibarlı hesab olunur.
Bununla belə, universitetlərdə ən yüksək dərəcələr əldə edən tələbələr də var. Oxşar araşdırmada payız və qış aylarında doğulan uşaqların ömrünün digər aylarda doğulanlara nisbətən daha uzun olduğu bildirilib.
Avqust ayında doğulan uşaqlar akademik baxımdan uğursuz hesab edilsə də, idmanda ən istedadlı adlar bu ayda doğulanlar arasındadır. İdmanın ən məşhurlarının çoxu bu ayda doğulub.
ABŞ Milli İqtisadi Araşdırmalar Bürosunun məlumatına görə, Amerikada məktəbə başlama yaşı 6 olduğu nəzərə alındıqda, sentyabr-dekabr ayları arasında doğulan uşaqların yay aylarında doğulanlara nisbətən daha yaşlı təhsilə başladığı düşünülür və bu vəziyyət onların intellekt səviyyələrinə müsbət təsir göstərir.
Araşdırma göstərir ki, doğum ayı təkcə bürclər və doğum günlərinə deyil, həm də intellekt və ömür kimi mühüm amillərə də təsir edə bilər. Tədqiqat həm də payız-qış aylarında doğulan insanların yaz-yay aylarında doğulanlardan daha uzun ömür sürdüyü fikrini dəstəkləyir. (Teleqraf.com)
Bakı səmasında nadir görüntü - FOTO
İnsan ölərkən nə hiss edir? - Elmin hələ cavablandıra bilmədiyi sirr
Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Avtomobil təkərləri niyə qara rəngdə istehsal olunur? – ARAŞDIRMA - VİDEO
Avtomobilinizi belə daha tez soyuda bilərsiniz – TÖVSİYƏ - FOTO
Müasir avtomobillərdə gizlilik şübhəsi; sürücülər izlənilir?
Bu ölkədə sürücülük təlimçiləri pedaqoji təhsilə cəlb olunacaq
Bakı küçəsində zombilər üçün svetoforlar - FOTOLAR
Bu ölkənin vətəndaşları üçün “ChatGPT Plus” pulsuz oldu
Rusiyaya getmək üçün daha bir prosedur tələb edilir – KİMƏ AİDDİR?
Sürücüsüz avtomobillər eyni məhəllədə saatlarla dövrə vurdu – VİDEO










