Alimlərin yeni kəşf olunan planetlə bağlı şübhələri təsdiqləndi - Var imiş

Astronomlar ilk dəfə Günəş sistemi xaricində yerləşən bir ekzoplanetin amosferinin mövcudluğunu əyani sübutlarla təsdiqləyiblər. Bu, belə planetlərdə baş verən prosesləri anlamağa doğru mühüm addımdır.
Avtosfer.az xəbər verir ki, bu barədə “Interesting Engineering” məlumat yayıb.
Karneci İnstitutunun rəhbərliyi altında aparılan tədqiqat qrupu “James Webb” teleskopu vasitəsilə TOI-561 b planetini araşdırıb. Amma buradan atmosferlə bağlı alınan siqnal gözlənilməz olub, baş verənlər alimlərin kiçik, çox isti planetlərdə gözlədiklərinə ziddir.
TOI-561 b Yer kürəsindən iki dəfə ağırdır, amma heç bir şəkildə ona bənzəmir. Planet ulduzuna olduqca yaxın fırlanır, bu, Merkuri ilə Günəş arasındakı məsafənin yalnız qırxda birinə bərabərdir. Ekzoplanet ulduzunun ətrafında cəmi 10,56 saatda tam dövr edir, yəni bir il cəmi bir neçə saata bərabərdir, bir yarımkürəsi isə həmişə işığa baxır.
Alimlər uzun müddət inanırdılar ki, belə isti və kiçik planetlər formalaşdıqdan dərhal sonra atmosferlərini itirirlər. Yeni müşahidələr isə bu mövqeyi tamamilə alt-üst edir.
“Bütün məlum modellərə görə, bu planet öz atmosferini uzun müddət saxlayacaq qədər böyük və ya sərin deyil”, - tədqiqatın müəllifi Nikol Vollak bildirib.
Planetin ulduzu Günəşdən xeyli yaşlı olsa da, TOI-561 b-nin hələ də atmosferə sahib olduğu görünür. Bu atmosfer planetin aşağı sıxlığını da izah edə bilər. Planetin sıxlığı yer tipli tərkibə görə gözləniləndən azdır.
Tədqiqatın baş müəllifi Yohanna Teske izah edir ki, planet kiçik dəmir nüvə və daha yüngül mantiyaya malik ola bilər, bu, ulduzunun xüsusiyyətləri ilə uyğun gəlir:
“TOI-561 b çox qısa dövrəli planetlər arasında fərqlənir, çünki çox yaşlı və dəmir baxımından yoxsul ulduzun ətrafında fırlanır”.
Ehtimal olunur ki, planet Yerdən fərqli kimyəvi mühitdə formalaşıb, bu da onu planetlərin erkən formalaşması dövrlərinə doğru bir pəncərə açır. Amma planetin daxili quruluşu bütün ehtimalları izah edə bilmir. Elm adamları fərz edirlər ki, atmosfer qatının mövcudluğu planetin görünən ölçüsünü artırır, sıxlığını azaldır. Bu hipotezin yoxlanması üçün “Webb” planetin Günəş işığı düşən tərəfdəki temperaturunu ölçüb.
Əgər TOI-561 b sadəcə torpaqlı bir planet olsaydı, onun Günəş işığı düşən tərəfi təxminən 2700°C-yə qədər qızardı. Əslində isə temperatur xeyli aşağıdır, təxminən 1750°C. Bu əhəmiyyətli fərq aktiv istilik paylanmasına işarə edir. Alimlər müxtəlif ssenariləri nəzərdən keçiriblər: maqma okeanı, buxarlanmış nazik torpaq təbəqəsi, buludluluq. Amma məlumatlar sıx atmosferin mövcudluğuna uyğun gəlir.
“Güclü küləklər istiliyi planetin qaranlıq tərəfinə daşıya, Günəş işığı düşən tərəfini soyuda bilər”, - tədqiqatın həmmüəllifi Anjali Pette əlavə edir.
Qaz təbəqələri işığı udur, silikat buludlar isə bir hissəsini əks etdirir.
Hazırda TOI-561 b-nin atmosferini necə saxladığı hələ də bir sirr olaraq qalır. Ulduza bu qədər yaxın olan planet qismən qazları itirməli idi. Ancaq tədqiqatçı Tim Lixtenberqin sözlərinə görə, bir balans mövcuddur, atmosfer qismən maqma okeanından qazlarla təchiz olunur və eyni zamanda yenidən daxilə sorulur.
“Bu, əslində lava ilə dolu rütubətli bir kürədir”, - Lixtenberq əmindir.
Göyərçini iki avtomobil qiymətinə satdılar - VİDEO
Elektromobillər üçün şarj cihazının istehsalı diqqət çəkir - VİDEO
Qarajda unudulan 57 ilin maşınını görün nə hala gətirdilər - VİDEO
Bu ölkədə cərimələrdən yığılan vəsaitə trolleybus alınacaq - FOTO
Zirehli avtomobillər həqiqətən sui-qəsdlərin qarşısını ala bilir? - ARAŞDIRMA
Sürücü niyə avtobusda namaz qılmalıdır? – Mübahisə böyüdü
Qışda elektromobillərin batareyası maşının salonunu neçə saat isti saxlaya bilər? - ARAŞDIRMA
Bu ölkədə elektromobilləri sürərkən şarj etmək mümkün olacaq – YENİLİK - FOTO
Avtomobil markalarının model adları hansı məntiqlə seçilir? - ARAŞDIRMA
Elektromobilini şarj etdirmək üçün 2 saatdan çox gözləməli oldu - VİDEO
Müsəlman ölkəsində ilk dəfə pivə ixracı üçün lisenziya verildi - FOTO











