Alkoqol qəbulunu əhəmiyyətli dərəcədə azalda bilən məhsullar tədqiq edilib – ARAŞDIRMA

Dublində keçirilən Avropa Piylənmə Konqresi 2025 çərçivəsində təqdim olunan və “Diabetes, Obesity and Metabolism” jurnalında dərc edilən yeni bir araşdırma çəki vermək məqsədilə liraglutide və ya semaglutide (GLP-1 analoqları) qəbul edən şəxslərin alkoqol istehlakını dörd ay ərzində təxminən üçdə iki nisbətində azaltdığını ortaya qoyub.
Avtosfer.az "AZƏRTAC"a istinadla xəbər verir ki, tədqiqat Dublin Universitet Kollecinin professoru Carel le Roux və həmkarları tərəfindən aparılıb. Onlar İrlandiya və Səudiyyə Ərəbistanındakı kliniklarda piylənmə müalicəsi alan pasiyentlər arasında alkoqol qəbulundakı dəyişiklikləri izləyiblər. Araşdırmaya bədən kütlə indeksi (BKİ) ≥27 kq/m² olan 262 nəfər (79 faizi qadın, orta yaş 46, orta çəki 98 kiloqram) daxil edilib. Bu fərdlər alkoqol istifadəsinə görə üç qrupa bölünüb: içməyənlər (11,8 faiz), nadir hallarda içənlər (19,8 faiz) və müntəzəm içənlər (68,4 faiz). 188 iştirakçı orta hesabla dörd ay ərzində müşahidə olunub. Tədqiqat nəticəsində müəyyən edilib ki, heç bir iştirakçı spirtli içki qəbulunu artırmayıb. Əksinə, müalicə müddətində həftəlik spirtli içki istehlakı orta hesabla 11,3 vahiddən 4,3 vahidə qədər azalıb. Xüsusilə müntəzəm içənlər arasında bu göstərici 23,2 vahiddən 7,8 vahidə düşüb ki, bu da 68 faizlik əhəmiyyətli azalma deməkdir. Professor le Roux bildirir ki, bu nəticə Avropada alkoqol istifadəsi pozğunluğunun müalicəsində istifadə edilən nalmefen preparatının təsiri ilə müqayisə oluna bilər. Araşdırmada vurğulanır ki, GLP-1 analoqlarının alkoqol qəbulunu necə azaltdığına dair mexanizm tam aydın deyil. Lakin tədqiqatçılar bu təsirin beynin subkortikal sahələrində yaranan alkoqola qarşı istəyi tənzimləməklə şüurlu davranışdan kənar mexanizmlərlə əlaqəli ola biləcəyini düşünürlər. Xəstələrin təsvirinə görə, bu təsir “çətinliksiz” şəkildə özünü göstərir. Tədqiqatın məhdudiyyətləri arasında iştirakçı sayının nisbətən az olması, alkoqol qəbulunun öz-özünə bildirilən məlumatlara əsaslanması və nəzarət qrupunun mövcud olmaması qeyd olunur. Bununla belə real klinik şəraitdə aparılan müşahidələrin və məlumatların perspektiv toplanmasının tədqiqatın güclü tərəfləri olduğu vurğulanır.
Nəticə olaraq, professor le Roux qeyd edir ki, GLP-1 analoqları yalnız piylənmənin müalicəsində deyil, eyni zamanda, onunla əlaqəli digər problemlərin, o cümlədən alkoqol qəbulunun azaldılmasında da ümidverici nəticələr göstərir və bu istiqamətdə tədqiqatlar davam etdirilməlidir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












