Alkoqolizmdən qurtulmaq üçün çip implantasiyası əməliyyatı keçirildi

Çinin şərqində yerləşən Anhoy vilayətinin Fuyan şəhərindəki xəstəxana regionda ilk dəfə alkoqol asılılığının müalicəsi məqsədilə implant yerləşdirmə əməliyyatı həyata keçirdiyini bildirib.
Avtosfer.az "Azərtac"a istinadla xəbər verir ki, bu cihaz spirtli içkilərə qarşı psixoloji asılılığı azaldan dərman olan naltreksonla dolu kapsullardan ibarətdir.
Çip soya dənəsi ölçüsündə 10 qranuldur və qarın nahiyəsində dərialtı piy təbəqəsinə kiçik bir kəsiklə yerləşdirilir. Kapsullar tədricən naltrekson hidrokloridi ifraz edir, bu maddə isə beyindəki opioid reseptorlarını bloklayır. Effekt 4 saat ərzində hiss olunur və altı aydan artıq müddətdə davam edir, beləliklə residiv riskini azaldır.
Əməliyyat olunan şəxs gündəlik olaraq 0,5–1 litr güclü spirtli içki qəbul edirdi ki, bu da aqressiya və ailədaxili münaqişələrə səbəb olurdu. İyirmi il ərzində o, 9 dəfə xəstəxanada müalicə almış, lakin nəticə əldə edə bilməmişdi. Əməliyyatdan sonra onun spirtə olan meyli xeyli azalıb. Bu cür implantlara sahib digər pasiyentlər də bildiriblər ki, artıq alkoqolun qoxusu belə onlarda iyrənmə hissi yaradır.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












