Antarktidada itən robot 9 ay sonra qorxulu məlumatlarla geri döndü

Avstraliyalı alimlərin Antarktidada itirdiyi okean robotu 9 ay sonra üzə çıxaraq Denman Buzlağının altındakı isti suların əriməni sürətləndirdiyini və böyük təhlükə yaratdığını sübut edib.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Avstraliya Milli Elmi Agentliyi (CSIRO) tərəfindən Totten Buzlağını araşdırmaq üçün göndərilən sərbəst üzən okean robotu axınlara qapılaraq marşrutundan çıxıb və doqquz ay ərzində itib.
Alimlərin artıq ümidini kəsdiyi cihaz gözlənilmədən su səthinə çıxaraq, çatılması ən çətin bölgələrdən biri olan Denman Buzlağının altından kritik məlumatlarla geri dönüb.
Robotun təqdim etdiyi nadir məlumatlar Şeklton (Shackleton) Buz Şelfinin hazırda təhlükəsiz olduğunu, lakin Denman Buzlağının altında isti su kütlələrinin mövcud olduğunu və bunun əriməyə səbəb verdiyini göstərib.
Təkbaşına qlobal dəniz səviyyəsini təxminən 1,5 metr yüksəltmə potensialına malik olan bu buzlaq sahil zolaqları üçün ciddi təhlükə yaradır.
Cihaz buz şelfinin altında sıxışıb qaldığı müddətdə səthə çıxmağa çalışarkən dəydiyi nöqtələrdə dərinlik, duzluluq və temperatur ölçmələri apararaq Şərqi Antarktidanın altındakı ilk okean məlumatlarını qeydə alıb.
Məlumata görə, bu tapıntılar gələcəkdə oxşar robotların daha uzaq və riskli bölgələrə göndərilərək həyati əhəmiyyətli iqlim məlumatları toplaya biləcəyini sübut edib.

Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












