Aviasiyada alüminium dövrü başa çatır?

Aviasiyanın ilk çağlarından alüminium vacib material hesab edilib. Yüngüllüyünə, möhkəmliyinə və parlaqlığına görə bu metaldan təyyarə istehsalında 100 ildir geniş istifadə edilir. Amma zaman artıq dəyişir.
Avtosfer.az xəbər verir ki, “Boeing” və “Airbus” şirkətləri daha müasir material üzərində işləyir. Söhbət xüsusi sərtliyə malik termoplastikdən gedir. Yeni material alüminiumdan daha yüngün olduğundan hava gəmilərinin kütləsini azaltmaq mümkün olacaq. Bu da ilk növbədə yanacağa qənaətə imkan verəcək. Həm də termoplastikdən istifadə zamanı pərçim əvəzinə qaynaqdan daha çox istifadə ediləcək. Beləliklə, hava gəmisinin aerodinamik müqaviməti də artcaq. İstehsalçılar da ayda azı 80 təyyarə istehsalı planını yerinə yetirə biləcəklər.
Termoplastik materialdan bəzi geniş füzelyajlı təyyarələrdə qismən istifadə olunur. Lakin tətbiqin genişlənməsi üçün istehsal prosesi sürətlənməli və yeni məhsulun tətbiq edildiyi təyyarələr ciddi sertifikasiyadan keçməlidir.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












