Avropanın ən kiçik hava limanı, gündə 3 uçuş olur: harada yerləşir

Avropanın ən kiçik hava limanı Çexiyanın Ostrava şəhərində yerləşir. Bu hava limanı ilin böyük hissəsində çox az sayda sərnişin qəbul edir və gündə orta hesabla iki-üç kommersiya reysi yerinə yetirilir. Avtosfer.az-ın Lent.az-a istinadla xəbərinə görə, Ostrava-Mošnov Beynəlxalq Hava Limanı, yay mövsümündə turizm agentlikləri tərəfindən təşkil edilən çarter reyslərinə görə nisbətən daha fəal olur. Bir istifadəçi hava limanından çəkdiyi videoda göstərir ki, terminalda demək olar ki, heç kim yoxdur – nə növbələr, nə də izdiham var. Xüsusilə oktyabr-aprel ayları arası demək olar ki, tamamilə boş qalır. Buna baxmayaraq, Airports WorldWide bildirir ki, Ostrava limanı region üçün əhəmiyyətli iqtisadi və sənaye mərkəzi sayılır. O, Çexiyanın ikinci ən böyük hava limanı olsa da, ölçüsünə görə çox kiçikdir və hal-hazırda yalnız bir daxili reys yerinə yetirilir. Hava limanı Praqadan təxminən 3 saatlıq məsafədə, Polşa sərhədinə isə çox yaxın yerləşir. Buraya səfər edənlərə Dolni Vitkovitse sənaye muzeyinə baş çəkmək tövsiyə olunur. Bu ərazi XIX əsrə aid metallurgiya və kömür sənayesinin möhtəşəm nümunəsi olub və indi mədəni irs abidəsi, muzey və sənət məkanı kimi fəaliyyət göstərir.
Əlavə maraqlı fakt
Şotlandiyanın Barra adasında yerləşən unikal hava limanında təyyarələr çimərlikdə eniş və qalxış edir. Bu proses yalnız səviyyə aşağı düşən zaman gündə iki dəfə mümkündür, çünki enmə zolaqları adətən suyun altındadır və taxta dirəklərlə işarələnib.
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı












