Avtobus gecikdiyi üçün işə vaxtında çatmadı və sağ qaldı - MARAQLI TARİX

ABŞ-da 2001-ci ildəki dəhşətli 11 sentyabr hücumundan bir il sonra Amerika qəzetlərinin birində bu qısa xatırlatma-qeyd dərc edilmişdi. Əgər siz boş şeylərə görə çox tez əsəbiləşənlərdənsinizsə, onu diqqətlə, özü də bir neçə dəfə təkrar-təkrar oxuyun. Budur, həmin qeyd:
“Bəlkə də bilirsiniz, böyük bir şirkətin rəhbəri oğlunu ilk dəfə bağçaya apardığı üçün 11 sentyabr hücumundan sağ çıxmışdı.
Digər bir oğlan ona görə sağ qalmışdı ki, şirin qoğal almaq növbəsi ona çatmışdı.
Bir qadın işə gecikmişdi, çünki saat vaxtında zəng çalmamışdı.
Kimsə Nyu-Cersi avtomobil yolunda tıxaca düşdüyündən işə gecikmişdi.
Daha bir nəfər avtobusa gecikmişdi.
Bir qadın üzərinə qəhvə dağıtmışdı və geyimini dəyişdirmək üçün ona zaman lazım gəlmişdi.
Kiminsə avtomobili işə düşməmişdi, kimsə telefon zənginə cavab vermək üçün geri dönmüşdü.
Bir nəfər isə taksi tuta bilməmişdi.
Xüsusilə də məni o səhər yeni ayaqqabısını geyinən, iş yerinə müxtəlif vasitələrlə çatmağa çalışan, lakin, ora çatmazdan öncə ayağında döyənək yaranan kişi təsirləndirmişdi. O, leykoplastır almaq üçün aptekin qarşısında dayanmışdı! Bax, o, buna görə sağ qalmışdı.
İndi, mən tıxacda ilişib qaldıqda, lift gecikəndə, telefon zənginə cavab vermək üçün geri qayıtdıqda... Bütün bu qıcıqlandırıcı xırdalıqlar baş verdikdə, daxilən düşünürəm ki, bu, məhz, o yerdir, həmin an Allahın qalmağımı istədiyi yer. Növbəti dəfə sizə elə gəlsə ki, səhər istədiyiniz kimi getmir, uşaqlar ləng geyinir, siz maşınınızın açarını tapa bilmirsiniz, hər bir işıqforda dayanırsınız, ruhdan düşməyin və özünüzdən çıxmayın: Tanrı vardır, o sizi mühafizə edir. Hər şey yaxşılığa doğrudur”.
Fəxrəddin Laçınlı
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












