Avtomobil şirkətləri bəzi modellərinə niyə türkcə ad verir? – ARAŞDIRMA - FOTO

Avtomobil sənayesində brendinqin rolu olduqca vacibdir. Şirkətlər hər il yüzlərlə yeni modelin adını müəyyənləşdirmək məcburiyyətində qalırlar. Bu zaman müxtəlif mədəniyyətlərə, dillərə və tarixə müraciət olunur.
Avtosfer.az xəbər verir ki, türk dili və mədəniyyəti də bir çox hallarda avtomobil modellərinin adlandırılmasında ilham mənbəyi kimi çıxış edir. Nəticədə, qlobal bazarda türkcə mənşəli adlarla təqdim olunan bir sıra məşhur avtomobil modelləri ortaya çıxır.
“Porsche Taycan” – “Tayı” və “can”: Elektrikli avtomobil bazarında öncül addım atmaq istəyən “Porsche”, ilk tam elektrikli modelinə “Taycan” adını verib. Bu ad türkcə “tayı olmayan can” kimi şərh edilir. Taycan yüksək performansı ilə diqqət çəkir – 0-dan 100 km/saat sürətə cəmi 3.2 saniyəyə çatır və maksimum sürəti 260 km/saat təşkil edir. Bir enerji doldurma ilə 380 km-dən çox məsafə qət edə bilir.

Qeyd edək ki, “Porsche” adı təsisçisinin soyadından gəlir. "Porsche"nin mənşəyi ilə bağlı olaraq bəzi mənbələrdə bu adın “börü” (canavar) sözündən törədiyi bildirilir.
“Hyundai” Aslan – Türkiyəyə dostluq jesti: Cənubi Koreyanın “Hyundai” markası da modellərindən birinə türkcə ad verib. "Aslan" adını daşıyan bu sedan model ölkəmizdə “Grandeur” adı ilə tanınır. “Hyundai” bu addımla həm Türkiyə ilə mövcud olan iqtisadi və mədəni əməkdaşlığa, həm də iki ölkə arasında uzun illərdir davam edən dostluğa diqqət çəkib. Şirkətin Türkiyədə zavodlarının olması da bu jesti daha mənalı edir.
“Nissan Qashqai” – türkmən tayfasının adı: Qlobal satış uğurları ilə tanınan “Nissan Qashqai” modelinin adı da türk köklərinə dayanır. “Qashqai” adı, İranın cənub-şərqində yaşayan türk tayfasından götürülüb. Qaşqaylar yaylaqlarla qışlaqlar arasında min kilometrlərlə məsafə qət edərək çətin coğrafiyalarda yaşayırlar. “Nissan” bu dözümlülük və səyyahlıq xüsusiyyətlərini simvolizə etmək üçün modelinə bu adı verib.

“Volkswagen Bora” – adı dəyişməyən külək:
“Volkswagen”in tanınmış modellərindən biri olan “Bora” adı da türkcə mənşəlidir. Şirkət model adlarında adətən küləklərin adlarından istifadə edir. “Bora” da qısa, güclü külək mənasında işlədilən və türkcədə də istifadə olunan termindir. Adın “borağan” sözündən gəldiyi və qısa qar-yağış fırtınasını ifadə etdiyi düşünülür. Bəzi mənbələrdə bu adın türklər tərəfindən verildiyi ilə bağlı fikirlər olsa da, bunu təsdiqləyən rəsmi mənbə yoxdur.
Eltac Zülfüqaroğlu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO










