Ay olmadan Yer üzündə həyat: okeanlar və insanlar sağ qalardımı?

Ay sadəcə bir peyk deyil. O, okeanları idarə edir, iqlimi formalaşdırır və Yer üzündəki həyatı müəyyən edir. Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, alimlər Ayın okeanlara və onun ətrafındakı bütün canlılara təsir etdiyini bildirirlər. Ay suyu özünə çəkərək okeanlarda müntəzəm qabarma və çəkilmələri yaradır. Günəş də suyun hərəkətinə təsir edir, lakin ayla müqayisədə cəmi 40% gücə malikdir. Okeanların hərəkətini müəyyən edən və onların içindəki həyatın formalaşmasına səbəb olan əsas qüvvə məhz Aydan gəlir. Əgər okean suları hərəkət etməsəydi, mərcan rifləri və suyun hərəkəti ilə qidalanan, yerindən tərpənməyən bir çox molyusk növləri yaranmazdı. Nəticədə bütün dəniz ekosistemi tamamilə başqa cür olardı.
Niyə Ay Yer üçün bu qədər vacibdir?
Ay uzaqda, bizdən təxminən 385 min kilometr məsafədə yerləşir. Lakin onun Yerdəki təsiri digər bütün səma cisimlərindən daha güclüdür. Ay sayəsində:
- adi qabarma və çəkilmələr formalaşır;
- okean dibi və sahillərin relyefi hazırda gördüyümüz şəkildədir;
- çoxsaylı dəniz heyvanı növləri meydana çıxıb və sağ qala bilib;
- sutkanın uzunluğu sabit qalır — 24 saat;
Yer oxunun mövqeyi stabil qalır, buna görə də iqlim kəskin dəyişikliklərə məruz qalmır. Əgər Ay olmasaydı, planetimiz daha xaotik olardı: günlər ya daha qısa, ya daha uzun olardı, iqlim kəskin dəyişərdi, okeanlar və dəniz həyatı tam başqa görünərdi.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












