Ay vaxtı üçün ilk proqram təminatı modeli yaradılıb

Çin uzunmüddətli kosmik missiyalar zamanı yüksək dəqiqliyi təmin edəcək Ay vaxtı üçün ilk proqram təminatı modelini (LTE440) hazırlayıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu, Ay vaxtının izlənməsi və onun Yer vaxtı ilə sinxronlaşdırılması üçün nəzərdə tutulmuş proqram təminatıdır. Çinli tədqiqatçılar bildiriblər ki, LTE440 proqram təminatının dəqiqliyi o qədər yüksəkdir ki, növbəti 1000 il ərzində belə səhv payı cəmi bir neçə on nanosaniyə həddində qalacaq. Qeyd edək ki, Ayda zaman Yerə nisbətən bir qədər daha sürətli keçir. Bunun səbəbi Ayda cazibə qüvvəsinin daha zəif olmasıdır. 24 saatlıq zaman müddəti Ayda 58 mikrosaniyə daha sürətlə keçir. Hazırda Ayda GPS yoxdur, amma gələcəkdə dəqiq enişlər və Ay səthində naviqasiya üçün belə bir sistemə ehtiyac olacaq. Vaxtın bu cür korreksiyası həm də uzunmüddətli Ay missiyaları üçün vacibdir ki, bütün iştirakçılar aylar və illər ərzində sinxronizasiyanı itirmədən eyni vaxt sistemindən istifadə edə bilsinlər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












