Ayaq yolunda telefon istifadə edənlərə XƏBƏRDARLIQ

ABŞ-da keçirilən tibb konfransında təqdim edilən yeni araşdırma tualetdə uzun müddət smartfon istifadə edən şəxslərdə hemoroid (babasil) xəstəliyinə tutulma riskinin əhəmiyyətli dərəcədə artdığını üzə çıxarıb.
Avtosfer.az xəbər verir ki, San Dieqoda təşkil edilən Həzm Xəstəlikləri Həftəsi (DDW) konfransında təqdim olunan tədqiqatda kolonoskopiyadan keçmiş 125 yetkin şəxsin məlumatları təhlil edilib. Nəticələrə görə, həftədə ən az bir dəfə tualetdə telefon istifadə edən iştirakçıların 40 faizindən çoxunda hemoroid aşkar olunub. Ümumilikdə bu qrupda riskin 46 faiz daha yüksək olduğu bildirilib.
Araşdırma Beth Israel Deaconess Tibb Mərkəzindən Dr. Trisha Satya Pasricha tərəfindən təqdim edilib. Onun sözlərinə görə, tualetdə uzun müddət oturmaq və diqqətin telefona yönəlməsi nəticəsində bu mühitdə qalma vaxtı artdığından, bu, hemoroid yaranma riskini artırır.
Sorğu iştirakçılarının yarısı tualetdə xəbərləri oxuduqlarını, 44 faizi sosial mediaya baxdıqlarını, 30 faizi isə mesajlaşma və e-poçt yoxlaması ilə məşğul olduqlarını bildirib. Bəziləri tualetdə 6 dəqiqədən çox vaxt keçirdiyini və telefon istifadəsinin bu müddəti daha da artırdığını etiraf edib.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, tualetdə 10 dəqiqədən çox oturmaq, gərginlik yaratmaq və tez-tez bağırsaq hərəkətləri hemoroid yaranmasını sürətləndirə bilər. Onlar bu vərdişlərin qarşısının alınması üçün mobil telefonların tualetdə istifadəsinin məhdudlaşdırılmasını tövsiyə edirlər.
Qeyd edək ki, ABŞ-da hər il təxminən 4 milyon insan hemoroid səbəbilə tibbi yardım alır. Yeni araşdırma bu vəziyyətin daha geniş yayılmış ola biləcəyini və telefondan istifadənin də təsir edən amillərdən biri ola biləcəyini göstərir. (Milli.az)
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO










