Ayaqqabıdan gələn qoxudan 1 məhsulla qurtulun

Bir çox insan ayaqqabı qoxusuna qarşı onlarla vasitə sınasa da, problem bir müddət sonra yenidən qayıdır. Halbuki bahalı spreylərdən daha effektiv və sadə üsul mövcuddur. Məişət gigiyenası üzrə mütəxəssislər bildirirlər ki, əsas həll düzgün absorbent seçməkdir. Absorbentlər rütubəti çəkir və qoxunu bir gecəyə neytrallaşdırır.
Ən effektiv vasitə – qida sodası
Avtosfer.az xəbər verir ki, ən yaxşı nəticəni adi qida sodası verir. Soda ayaqqabının içindəki rütubəti azaldır və xoşagəlməz qoxuları udur. Onu birbaşa ayaqqabıya tökmək əvəzinə, pambıq kisəyə və ya coraba doldurmaq tövsiyə olunur. Bu üsul ağ izlərin yaranmasının qarşısını alır. Bir gecə ərzində soda artıq nəmi özünə çəkir. Qoxunun əsas səbəbi olan bakteriyalar isə çoxalma mühitini itirir.
Alternativ variantlar
Aktivləşdirilmiş kömür daha güclü təsir göstərir, xüsusilə idman ayaqqabılarında. O, həm qoxunu, həm də rütubəti eyni anda udur. Kiçik paketlərdə istifadə etmək rahatdır. Qəhvə dənələri də qoxunu neytrallaşdırır və yüngül ətir verir. Lakin bu üsul yalnız tünd rəngli ayaqqabılar üçün uyğundur, çünki açıq rəngli material rəngi özünə çəkə bilər. Bəzi insanlar ayaqqabının içinə sitrus qabığı qoyur. Bu üsul müvəqqəti təravət versə də, rütubət problemini həll etmir.
Nəyə diqqət etməli?
Ekspertlər xatırladır ki, qoxunun əsas səbəbi bakteriyalardır. Buna görə ayaqqabını düzgün qurudmaq vacibdir. Onu radiator və ya birbaşa istilik mənbəyinin üzərinə qoymaq olmaz. Bu, materiala zərər verə və problemi daha da dərinləşdirə bilər. Absorbentlər isə daha yumşaq və effektiv həll yoludur. Xüsusilə soda ən əlçatan və universal variant sayılır demək olar ki, bütün növ ayaqqabılar üçün uyğundur. Proseduru mütəmadi təkrarladıqda qoxu tamamilə aradan qalxa bilər. Ən önəmlisi isə odur ki, bu üsul sadəcə qoxunu maskalamır, onun səbəbini aradan qaldırır ( Lent.az).
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA
“Eşref Tek”in maşını Bakıya gətirildi: İstəyən şəkil çəkdirə bilər – VİDEO
Bu küçə piyadalaşdırılacaq: Evlərin qiyməti yüksələ bilər – EKSPERT – VİDEO
Gədəbəydə maraqlı toy karvanı - VİDEO
Bakıda retro maşınlarından ibarət toy korteji - VİDEO











