Ayda saatlarla davam edən zəlzələlər baş verir: NASA hərəkətə keçdi - FOTO

NASA (Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) "Apollon" missiyalarından əldə edilən məlumatları və "Lunar Reconnaissance Orbiter" (LRO) peykinin ən son görüntülərini birləşdirərək Aydakı təkanların proqnozlaşdırılması istiqamətində əhəmiyyətli bir addım atıb.
Bu tədqiqatlar insanları Ayın cənub qütbünə göndərəcək "Artemida III" missiyasından əvvəl təhlükəsizliyi yaxşılaşdırmaq məqsədi daşıyır.
Avtosfer.az bu barədə Oxu.az-a istinadən xəbər verir.
Məlumata görə, "Apollon" irsi yenidən canlandırılıb. 1969-1977-ci illərdə Ayda buraxılan seysmometrlər minlərlə təkanı qeydə alıb. NASA bu köhnə qeydləri yenidən təhlil edərək hazırkı müşahidələrlə müqayisə edir.
2009-cu ildən Ay ətrafında dövr edən LRO peyki qırılma xətləri boyunca sürüşən qayaları və sürüşmə izlərini çəkməyə nail olub. Bu əlamətlər Aydakı qırılma xətlərinin hələ də aktiv olduğunu göstərir.
"Apollon 17"nin eniş etdiyi Toros-Littrou vadisində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, böyük qaya sürüşmələri orta hesabla hər 5,6 milyon ildən bir baş verən və təxminən 3.0 bal gücündə olan zəlzələlərlə (təkanlarla) əlaqəlidir.
Yer kürəsindəki zəlzələlər qədər güclü olmasa da (orta hesabla 5.0 bal gücündə), Aydakı təkanlar saatlarla davam edə bilir. Bu da gələcəkdə inşa ediləcək bazalar, eniş vasitələri və astronavtların təhlükəsizliyi üçün ciddi risk yaradır.
NASA Ayın uzaq tərəfində və cənub qütbündə yeni seysmometrlər quraşdırmağı planlaşdırır ki, beləliklə də gələcəkdə insanların iştirakı ilə reallaşdırılacaq missiyalar zamanı risklərin əvvəldən təxmin edilməsi mümkün olacaq.


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












