Azərbaycan aykidoçuları Dünya Oyunlarında ilk uğuru əldə ediblər

Bu günlərdə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının Birmingem şəhərində 100 ölkədən 3600 çox atletin qatıldığı The Wolrd Games 2022 («Dünya Oyunları») beynəlxalq idman tədbiri keçirilir. Bu tədbirdə Azərbaycandan olan aykidoçular da iştirak ediblər.
Azərbaycan Aykikay Aykido Klubları İctimai Birliyinin (AAAKİB) üzvləri olan Fəxri Qafarlı (3-cü dan qara kəmər sahibi) və Çingiz Məmmədov (3-cü dan qara kəmər sahibi) da Dünya Oyunlarında iştirak ediblər. Qeyd etmək gərəkdir ki, bu günə qədər Azərbaycan aykidoçuları rəsmi olaraq belə genişmiqyaslı beynəlxalq idman tədbirində iştirka etməyiblər. Odur ki, bu, Azərbaycan ayjidoçularının rəsmi olaraq qatıldığı ilk beynəlxalq tədbirdir.
Dünya Oyunlarında iştirak edən aykidoçularımız bu tədbirə AAAKİB-nin də üzvü olduğu Beynəlxalq Aykido Federasiyasının (BAF) dəvəti ilə qatılıblar. Aykidoçularımızın ilk səfəri onların beynəlxalq arenadakı ilk uğuru ilə yadda qalıb. Fəxri Qafarlı və Çingiz Məmmədov 32 nəfərdən ibarət olan Aykido üzrə Dünya yığmasına daxil olmağı bacarıblar. Aykidoçularımız Dünya yığmasının tərkibində Birmingemdəki Sports Garden və Birmingham-Southern College kolizeyində keçirilimş iki Embukada («nümayiş tədbiri») çıxış ediblər.
Aykidoçularımız Dünya Oyunlarına qatılmış digər azərbaycanlı atletləri də dəstəklməyi unutmayıblar. Onlar bütün rəqiblərini məğlub edərək 91 kiloqram çəkidə Dünya Oyunlarının qızıl medalı qazanmış kikbokçsumuz Bəhram Rəcəbzadəni tək qoymayıblar, yarımfinal və finalda döyüşçümüzü dəstəkləyiblər.
Bakı tıxacına görə qonşuları arasında neçənci yerdədir? – STATİSTİKA
Məktəb avtobuslarında şagirdləri qoruyan sistem: Avtomobillər dayanır – VİDEO
Azərbaycanda yol tikintisində müasir texnologiyalar necə TƏTBİQ OLUNUR?
Bu düymə yanacaq sərfiyyatına təsir edə bilər – ARAŞDIRMA
Siqaretə görə küsən sərnişin, ayağı havada gedən KAMAZ sürücüsü
Bu avtomobillərdə sükan problemi aşkarlanıb: Kütləvi geri çağırma BAŞLANILDI
Avtomobil sürmə təlimində yaş məhdudiyyəti neçədir? – AÇIQLAMA - VİDEO
Bu saatın xətası 300 milyard ildə 1 saniyədir - FOTO
Robot insandan daha təhlükəsiz sürür – TƏDQİQAT
Kirayə haqqını ödəməmək üçün maşınında yaşayır: Nə qədər pul xərcləyir? - VİDEO
Rusiya-Gürcüstan sərhədindəki avtomobillər “metalloma” göndərilir












