Azərbaycan və İsveçrədə oxşar problem: Professorlar yol tikintisinə qarşı - FOTO

Azərbaycanda yol tıxacları ilə bağlı xəbərlər mediada demək olar hər gün işıqlandırılır. Sürücülərin çoxu tıxacdan qurtulmaq üçün geniş yol arzulayır, avtobus və velosiped zolağına qarşı çıxır. Bəs magistralların genişləndirilməsi tıxac problemini aradan qaldıracaqm? Xarici təcrübəyə və öz təcrübəmizə nəzər salaq.
Avtosfer.az xəbər verir ki, İsveçrədə avtomobil yollarının genişləndirilməsi məsələsi cəmiyəti 2 yerə bölüb. 6 avtomagistralın genişləndirilməsinə tərəfdar çıxanlarla yanaşı, əleyhinə olanlar da az deyil. Hər bir tərəfin öz arqumenti var. Məsələ gələn ay referenduma çıxarılacaq.
İsveçrə Konfederasiyasında əksər məsələlərin referendum yolu ilə həlli çoxəsrlik ənənədir. Noyabrın 24-də daha bir məsələ referenduma çıxarılacaq. Söhbət buraxıcılıq qabiliyyətinin artırılması məqsədi ilə 6 magistralın genişləndirilməsindən gedir. Dəyəri 5 milyard frank (1 CHF= 1,96 AZN) olan layihə isveçrəlilərdə dərin fikir ayrılığı yaradıb. Son rəy sorğusunda respondentlərin 56 faizi genişlənmənin tərəfdarı olub. Geniş yolların tərəfdarlarının fikrincə, həm tıxaclar aradan qalxacaq, həm də nəqliyyat şirkətlərinin xərcləri azaldığı üçün iqtisadi səmərə artacaq.
Layihənin əleyhidarları iddia edirlər ki, bu yol layihəsi İsveçrənin ratifikasiya etdiyi Paris iqlim sazişinə ziddir. Solçu partiyalar və ekoloqlar layihəyə qarşıdır. Bu gün isə 17 professor məsələ ilə bağlı müraciət yayıb.
Tanınmış mütəxəssislər iddia edirlər ki, yolun genişlənməsinin iqtisadi səmərəsi qısamüddətli olacaq. Bunun əksinə, əkinəyararlı sahələrin məhv edilməsi və yaşıllıqların qırılmasının iqtisadi zərəri uzunmüddətli olacaq. Yükdaşımaların avtomobilə keçidi ilə dəmir yollarının gəlirlərini azaldacaq. Paralel olaraq, qəza risklərinin artması ciddi iqtisadi zərərlə müşayiət ediləcək. Ən əsası isə, yeni yollar əhalini şəxsi avtomobildən istifadəyə təhrik etdiyi üçün ekoloji problemlər də artacaq. Bu artıma paralel olaraq səhiyyə xərcləri də artacaq.
Müraciətdə bildirilir ki, bütün ölkələrdə sürücülər işlərini mövcud yol infrastruktutuna uyğun qururlar. Yol genişləndikdən sonra ondan istifadə edənlərin də sayı artacaq. Genişlənən magistrallar şəhərə girişdə məcburən daralaraq butulka effekti yaradacaq. Buna görə də, eyni yolun eyni hissəsində 1 il sonra yenidən tıxaclar yaranacaq. Həm də indikindən daha ağır formada.
Bu yerdə bir haşiyə çıxaq: Sumqayıt yolunda genişlənmə aparıldıqdan sonra hərəkət asanlaşsa da, Xırdalan dairəsi tərəfdə vəziyyət daha bərbad oldu.
Alimlər yolları genişləndirmək əvəzinə ictimai nəqliyyat şəbəkəsini genişləndirməyi tövsiyə ediblər.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













