Azərbaycanda 15 minlik ehsan süfrəsi açıldı

Bakıda yas mərasimlərinin keçirilməsi kifayət qədər bahalı prosedur sayılır. İnsanlar dünyadan köçən əzizlərinə ehsan vermək üçün külli miqdarda vəsait xərcləməli olurlar. Avtosfer.az Metbuat.az-a istinadən xəbər verir ki, təkcə şadlıq saraylarında deyil, mərasim evlərində də qiymət artımı baş verib. Ətin, yağın, digər ərzaq məhsullarının bahalaşması mərasim evlərindəki qiymətlərə də təsir edib. Məsələn, əvvəllər mərasim evlərində bir nəfərlik menyu 10 manatdan başlayırdısa, indi bu qiymət 13 manatdan az deyil.
Qeyd edək ki, paytaxtda fəaliyyət göstərən "Məkan" mərasim evində qiymət 14,50, "İmam Əli" məscidinə 15 manatdır. "Tural", "Zəm-zəm" mərasim evlərində isə qiymətlər 15-16 manat arasında dəyişir. Əsasən imkanlı insanların üz tutduğu "Təzə Pir" mərasim zalında isə bir nəfərlik menyunun qiyməti 17 manatdır. Bir neçə gün əvvəl atasını itirən paytaxt sakini Arif Məmmədov ”uç" mərasimini təşkil etmək üçün 15 min manat xərclədiyini bildirib. Məmmədov deyib ki, məclisdə min nəfər qonaq iştirak edib. Əvvəlcədən razilaşdırıldığı kimi, hər qonaq üçün 15 manat vəsait ödəyib. Arif Məmmədov yaş mərasimlərinin insanlar üçün ciddi sosial problemə çevrildiyini etiraf edib. O, ehsan süfrələri ilə bağlı müəyyən standartların tətbiq edilməsinin vacibliyini vurğulayıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












