Azərbaycanda fermerləri və sürücüləri gözləyən ortaq problem - FOTO

Rusiyada yanacaq qıtlığı ilə bağlı xəbərlər artıq adi hal alıb. Moskva və Peterburqda ciddi qıtlıq olmasa da, əyalətlərdə vəziyyət çətindir. Hətta ərazisi təxminən Azərbaycan boyda olan Saxalin vilayətində həftənin əvvəlindən Ai-92 markalı benzinin əhaliyə satışı dayandırılıb. Yanacağı yalnız xüsusi təyinatlı texnika (polis, təcili yardım və s.) ala bilir. Şimali Qafqazda da sürücülər saatlarla növbə gözləməli olurlar. Bəz bu vəziyyət Azərbaycana necə təsir göstərəcək?
Azərbaycandan Rusiyaya ixracatda kənd təsərrüfatı məhsulları böyük paya malikdir. İndi 2 ölkə arasında daşımalar nisbətən azalıb ki, bu da mövsümi amillərlə bağlıdır: gilas və şaftalı mövsümü geridə qalıb, pomidor və xiyar daşınması kütləvilik yaratmır. Ümumilikdə avqustun son, sentyabrın ilk həftəsi 2 ölkə arasında yükdaşımaların tempinin nisbətən aşağı düşdüyü dövrdür. Bu hal iqtisadi əlaqələrin zəifləməsi anlamına gəlmir.
Təxminən 20 gün sonra isə vəziyyət dəyişəcək. Şimal qonşumuza xurma daşınması başlayacaq və sentyabrın sonunda intensivlik artacaq. Fermerlərimizi də narahat edən məhz budur. İnşaat materiallarından fərqli olaraq meyvə tez xarab olur. Sərhəddə günlərlə gözləmənin üzərinə Rusiya steplərində yanacaqsız qalmaq problemi də əlavə edilərsə, o zaman vəziyyətin ağırlığını təsəvvür etmək çox da çətin olmaz. Nəzərə alaq ki, Quba və ya Qusar ərazisində yanacaq doldurmuş yük avtomobili ən yaxşı halda Dağıstan ərazisini daynmadan keçə bilər. Azərbaycan məhsullaının əsas bazarı isə Moskva, Peterburq, Kazan kimi böyük şəhərlərdir.

Sürücü təyinat nöqtəsinə çatmaq üçün azı 3 dəfə yanacaq doldurmalıdır. Hər yanacaq doldurmağa azı 3 saat (optimist hesabla) sərf edən sürücü yolda boş yerə yarım gün itirəcək. Bu da məhsulun bir hissəsinin korlanması üçün kifayətdir. Yolda itirilən saat həm də daşınma xərcinin artması deməkdir. Son nəticədə bazara çıxarılacaq məhsulun qiyməti də artacaq, alıcılıq qabiliyyəti aşağı düşəcək.
Problem təkcə azəbaycanlı fermer və sürücülərə aid deyil. Azərbaycan üzərindən keçərək hər gün onlarla İran yük avtomobili Rusiyaya yük daşıyır. Türkiyədən də az da olsa yük avtomobilləri Rusiyaya getmək üçün Azərbaycan marşrutunu seçir. Çox yaxşı iqtisadi və siyasi münasibətlərimizin olduğu Belarusdan da Azərbaycana hər gün çox sayda yük avtomobili daxil olur. Federsiyada yanacaq problemi davam edəcəyi təqdirdə Azərbaycanlı iş adamları, fermerlər və sürücülər də çətinliklə üzləşəcəklər.
Sevindirici hal budur ki, benzindən fərqli olaraq Dizel yanacağı ilə bağlı çətinlik hələ böhran həddinə çatmayıb. Bəzi regionlarda Dizel yanacağının satışına limit tətbiq edilsə də, ifrat qıtlıq yoxdur. Lakin vəziyyətin nə qədər davam edəcəyi də məlum deyil. Sentyabrın 1-də yeni dərs ilinin başlaması ilə Federasiyada dizelə də tələbat artacaq. Ayın ortalarından isə Azərbaycandan daşımalar intensivləşəcək. Rusiyanın neft emalı zavodları isə hələ ya tam dayanıb, ya da tam gücü ilə işləyə bilmir. 2 zavodun yaxın 10 gündə istehsala yenidən başlaması vəd edilsə də, real görünmür.
Vüqar Yaşaroğlu
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər
Rusiyada sürücülər üçün diqqətçəkən sosial reklamlar hazırlanıb
65 yaşlı qazaxıstanlı Məkkəyə velosipedlə gedib qayıtdı
Xırdalanın xaotik tikintisi müzakirə yaratdı: Şəhərsalma problemləri gündəmdə
Azərbaycan–Türkiyə qardaşlığını ayrı-ayrı şəxslərin açıqlamaları ilə sarsıtmaq mümkün deyil – FAZİL MUSTAFA
Yağışlı havada təhlükəsiz sürüşün 5 QAYDASI
“Boeing” üçün illik rekord












