Azərbaycanın ilk qadın gəmi kapitanına həsr olunmuş filmin çəkilişləri başa çatıb - FOTO

Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunmuş “Şövkət” bədii filminin çəkilişləri uğurla yekunlaşıb. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) sifarişi ilə çəkilən filmin əsas məqsədi dənizçilik tariximizdə silinməz iz qoymuş xanımın həyat yolunu, həmçinin İkinci Dünya müharibəsi illərində Azərbaycanın və milli gəmiçiliyimizin cəbhəyə verdiyi töhfələri, eləcə də qadınların gəmiçilik sahəsindəki rolunu bədii dillə geniş tamaşaçı auditoriyasına çatdırmaqdır.
ASCO-dan Avtosfer.az-a bildirilib ki, film istehsalında 70-dən çox yerli və xarici mütəxəssis, eləcə də 100-dən artıq aktyor iştirak edib.
Ekran işində Şövkət obrazını gənc aktrisa Nəzrin Abdullayeva canlandırıb. Həmçinin filmdə Xalq artisti Qurban İsmayılov, tanınmış aktyorlar Hikmət Rəhimov, Elsəvər Rəhimov, Nigar Mürsəlova və digərləri rol alıb.
Filmin ideya müəllifi ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Mehman Mehdiyev, ssenari müəllifləri isə “Suraxanı” gəmi-muzeyinin direktoru Tural İbrahimov və Asif Rüstəmovdur. Ekran işinin quruluşçu rejissoru Asif Rüstəmov, təsvir rejissoru Rauf Qurbanəliyev, baş prodüseri Tural İbrahimov, icraçı prodüseri Səbinə Həsənovadır.
Çəkilişlər zamanı ASCO-nun donanmasına məxsus gəmilər və digər real məkanlardan geniş istifadə olunub ki, bu da filmə yüksək realizm və autentiklik qatıb.
Hazırda filmin "post-prodakşn" işləri davam etdirilir.



3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












