Belə yuxular görənlər tez ölür

Yeni elmi araşdırmaya görə tez-tez kabus görən şəxslər daha erkən yaşlanır və 70 yaşına çatmadan ölüm riski üç dəfə artır. Avtosfer.az xəbər verir ki, Birləşmiş Krallıq Demans Araşdırma İnstitutu və “Imperial College London”un alimləri tərəfindən aparılan və 19 il ərzində 183 min yetkinin və 2 min 429 uşağın məlumatlarının təhlil edildiyi araşdırma, kabusların bədənə ciddi təsir etdiyini üzə çıxarıb. Məlum olub ki, tez-tez kabus görənlərdə bədənin hüceyrə bərpası zəifləyir, bu da sürətli bioloji qocalmaya səbəb olur.
Tədqiqatı aparan Dr. Abidemi Otaiku bildirib ki, kabuslar zamanı beynin “mübarizə və ya qaç” reaksiyası işə düşür və bu, bədənin kortizol səviyyəsini uzun müddət yüksək saxlayır. Bu da orqanizmdə yığılmış stressin artmasına, nəticədə isə hüceyrələrin tez qocalmasına yol açır.
Alimlər bildirir ki, kabuslar yalnız psixoloji deyil, həm də ciddi bir ictimai sağlamlıq problemi kimi qiymətləndirilməlidir. Hətta ayda bir dəfə kabus görən şəxslər belə, heç kabus görməyənlərlə müqayisədə daha sürətlə yaşlanır və ölüm riski yüksək olur.
Araşdırmada qeyd olunub ki, yaxşı yuxu rejiminin təmin olunması, stressin idarə edilməsi və qorxu dolu filmlərdən uzaq durmaq kimi sadə tədbirlər kabusların qarşısını almaqda təsirli ola bilər. Dr. Otaiku əlavə edib ki, bu vəziyyətin qarşısı alınandır və vaxtında tədbir görməklə ciddi nəticələrin qarşısı alınması mümkündür (milli.az).
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












