Bəy toyda gəlinə 60 kilo qızıl bağışladı - FOTO

Çinin Hubei əyalətində keçirilən toyun görüntüləri dərhal Şərqi Asiya sosial şəbəkələrində yayılıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, nə yeni evlənənlərin adları, nə də məclisin necə keçirildiyi məlum deyil. Lakin bütün istifadəçilər gəlinin necə möhtəşəm geyindiyindən danışırlar. Daha doğrusu, onun üzərindəki qızıl haqqında. Gəlinin üzərində 60 kiloqram ağırlığında boyunbağı və bilərziklər olub.
Zinət əşyaları - öz hisslərini ifadə etmək istəyən bəyin hədiyyəsi kimi qiymətləndirilir. Sonra bəy gəlinə hər addımında həddindən çox sevgisini göstərib. Məlum olub ki, “ağır yüklü” gəlin başqasının köməyi olmadan nə ayağa qalxa bilir, nə də maşından düşə bilir.
Çətin ki, kimsə belə bir hədiyyədən imtina edərdi, amma o gün gözəl bəyin səxavətliliyinə görə bir neçə dəfə peşman da olub.
Bundan əlavə, qızın qollarında daha iki nəhəng bilərzik olub, bunları isə bəy ailəsi ona hədiyyə edibmiş.
Yerli inanclara görə, qızıl uğurların, yüksək statusun simvoludur, hətta insanı pis ruhlardan qoruya bilər. Belə bir zinət əşyası vermək bir insana sonsuz sevginizi və hörmətinizi ifadə etmək deməkdir. Qızın üzündən də nə olur-olsun razı qaldığını görə bilərsiniz.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













