Beynin "zəif nöqtəsi" tapıldı

ABŞ-də aparılan yeni elmi araşdırma beynin gerçəklə xəyalı ayırmaqda necə işlədiyini ortaya qoyub.
Avtosfer.az xəbər verir ki, alimlər müəyyən ediblər: beyin həm gördüyümüz, həm də sadəcə təsəvvür etdiyimiz zaman eyni sahələri - xüsusilə fusiform girus adlı hissəni aktivləşdirir. Bu o deməkdir ki, beyin üçün təsəvvürlə reallıq arasında fərq çox da aydın deyil.
Əsas fərq siqnalın gücündədir: əgər fusiform girusa zəif impuls göndərilirsə, beyin bunu xəyal kimi qəbul edir. Siqnal güclü olduqda isə həmin görüntü real hesab olunur.
Təcrübə zamanı iştirakçılara bəzən real xətlər göstərilib, bəzən isə onlardan bu xətləri təsəvvür etmələri istənilib. Proses fMRI cihazı ilə izlənilib. Alimlər həm real, həm də xəyal şəkillərində beyindəki eyni bölgənin aktiv olduğunu görüb.
Maraqlı məqamlardan biri də odur ki, anterior insula adlı başqa bir beyin sahəsi bu siqnalları təhlil edərək görüntünün real olub-olmadığına qərar verir.
Araşdırmanın müəllifləri bildiriblər ki, bu yanaşma gələcəkdə halüsinasiyalarla bağlı müalicə yollarının araşdırılmasına da töhfə verə bilər.
Alim Tomas Peysin sözlərinə görə, bəzən beyin yalnız siqnalın gücünə baxaraq "bu doğrudur" qərarı verir. Yəni xəyal kimi qəbul etdiyimiz bəzi şeylər, əslində beynin onu "real" kimi qiymətləndirməsinin nəticəsi ola bilər.
Hazırda tədqiqat yalnız sadə şəkillərlə aparılıb, lakin alimlər növbəti mərhələdə daha mürəkkəb obrazlarla - insanlar, əşyalar, heyvanlarla da testlər keçirməyi planlaşdırır.(milli.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












