Bir məktəblini hazırlamaq neçəyə başa gəlir? - VİDEO

2026-2027-ci tədris ilinin başlanmasına sayılı günlər qalıb. Ailələrin əsas qayğılarından biri isə məktəb alış-verişidir.
Avtosfer.az xəbər verir ki, məktəbə hazırlıq siyahısı uzandıqca xərclər də artır. Valideynlər ötən illə müqayisədə qiymətləri dəyərləndirərək bir məktəblinin məktəbə hazırlanmasının ailə büdcəsinə nə qədər başa gəldiyini hesablayıblar.
Paytaxt sakinləri arasında keçirilən sorğuda valideynlər bildiriblər ki, bir uşağın məktəbə hazırlanması üçün 100-300 manata yaxın vəsait tələb olunur.
Paytaxtdakı mağazalarda məktəb üçün lazım olan məhsulların qiymətləri də araşdırılıb. Araşdırma zamanı məlum olub ki, bir şagird üçün məktəb ləvazimatlarının ümumi qiyməti təxminən 50 manat təşkil edir. Məktəbli formasının qiyməti isə satış məkanından və geyimin növündən asılı olaraq dəyişir. Satıcının sözlərinə görə, bir uşağın birillik məktəbli geyimi 61 manata başa gəlir.
Beləliklə, məktəb ləvazimatları ilə məktəbli formasını birlikdə hesabladıqda, bir şagird üçün əsas alış-verişin ümumi məbləği 100 manatdan çox təşkil edir. Lakin bu məbləğə ayaqqabı, corab və digər aksesuarlar daxil deyil.
İkinci əl elektromobil alanların diqqətinə – Maşında gizli təhlükə aşkarlanıb
Gəmi nəqliyyatı velosipedçilərin də işinə yarayırmış
Müasir avtomobillərdə sürücülərin istəmədiyi funksiyalar AÇIQLANDI
Robot insandan sürətli qaçır, amma tormozlaya bilmir – VİDEO
Yeniyetmədən təhlükəli “şou”: Əks yola çıxıb velosipedin təkərini göyə qaldırdı - VİDEO
Azərbaycanda neçə kilometr avtomobil və dəmir yolu var? – Maraqlı STATİSTİKA
Məşhur ustalar hansı avtomobilləri sürürlər? – MÜSAHİBƏ
Sükanın bu xüsusiyyəti həyat qurtara bilər – Maraqlı FAKT
Dəmir yolunda bu fasilə niyə vacibdir? – Səbəb AÇIQLANDI
Elektromobillər üçün yeni texnologiya: Hərəkətdə olarkən şarj olunacaq
Nəqliyyatın yükünü azaltmaq üçün maraqlı addım










