Boris Conson pilot oldu - FOTO

Ölkədə başlayan siyasi böhranla kreslosunu vermək məcburiyyətində qalan və Mühafizəkarlar Partiyasının prezidentliyindən istefa verən Boris Conson İngiltərənin bir nömrəli gündəmi olmağa davam edir.
Avtosfer.az xəbər verir ki, Conson vəzifədəki son günlərində Britaniya Kral Hərbi Hava Qüvvələrinin (RAF) Eurofighter Typhoon qırıcı təyyarəsində ikinci pilot kimi uçub.
Cəmi yeddi həftəlik vəzifədə olan Britaniya Baş naziri qısa müddət ərzində 75 milyon funt sterlinq dəyərində döyüş təyyarəsindən istifadə edib.
“Bir müddət sonra pilot məndən soruşdu: “İstifadə etmək istəyirsən? Mən dedim ki, əminsən? Çox bahalı görünür. Düşünürəm ki, onlardan cəmi 148-i bizdə var” dedim. Mənə “narahat olma, sındıra bilməzsən” cavabını verdi.
Nəzarəti öz üzərinə götürdüyünü bildirən Conson, bir neçə hərəkətdən sonra huşunu itirdiyini və "Huşum qayıdanda dənizin getdikcə yaxınlaşdığını görə bildim" deyib.
Enerjidə Rusiyadan asılılığın azaldılmasının vacibliyini vurğulayan Conson bunun üçün yaşıl enerjiyə sərmayənin davam etdirilməsi lazım olduğunu bildirib. Boris Conson son bir neçə ay ərzində gizli şəkildə bir neçə dəfə Ukraynaya səfər edib.
Consonun davranışı böyük əks-səda doğursa da, o, Ukrayna ordusuna verdiyi dəstəyə görə daim təriflər alıb.
Boris Conson istefa verdiyini elan etdikdən sonra Zelenski ilə telefon danışığı olub.
Əslində, istefasını elan edən çıxışında o, artıq vəzifədə olmasa belə, Britaniyanın Ukraynaya dəstəyinin dayanmadan davam edəcəyinə inandırıb.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












