Bu gün 7 planetin paradı olacaq - Bir də 15 il sonra görəcəyik - FOTO

Bu gün ilin növbəti planetlər paradı baş tutacaq.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, paradda 7 planetin hər biri iştirak edəcək.
Bu fenomenal təbiət hadisəsi zamanı planetlər Yer səmasında bir düz xətt üzrə sıralanırlar. Lakin planetlərin konfiqurasiyası isə kosmosda tamamilə fərqli olur.
Məlumat üçün bildiririk ki, Yupiter, Mars və Venera adi gözlə görünsələr də, Uran və Neptun istənilən halda adi gözlə görünmür və onları müşahidə etmək üçün kiçik teleskop və ya durbin tələb olunur. Merkuri və Saturn isə Günəşə çox yaxın yerləşdikləri üçün onları adi gözlə seçmək çətin olur.
Bu axşam baş tutacaq planetlərin böyük paradını Günəş batdıqdan dərhal sonra təxminən bir saatlıq müddət ərzində izləmək olacaq. Belə ki, Bakı vaxtilə Günəş saat 18:31-də batacaq, bunun ardınca isə artıq Saturn, Merkuri və Neptun qərbdə Günəş batdığı yerdə üfüq yaxınlığında olacaqlar. Onlardan fərqli olaraq Uran gecə yarısınadək, Yupiter 02:11-dək, Mars isə bütün gecə boyu görünəcək.
Qeyd edək ki, 21 yanvar paradında Merkuri iştirak etmirdi və 11 avqustda baş tutacaq növbəti paradda da artıq Mars olmayacaq.
Planetlərin səmadakı mövqeyini daha asan tapmaq üçün “Sky Map”, “Stellarium” və ya “Sky Tonight” kimi tətbiqlərdən istifadə etmək olar. Martın ilk günlərinədək bir neçə gün ərzində planetləri səmada bir yerdə izləmək mümkün olacaq.
Növbəti dəfə 7 planetin də iştirak edəcəyi parad 2040-cı ildə olacaq.
(qafqazinfo)

Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO
Rüfət Axundovun retro avtomobili gündəm oldu; köməkçisi danışdı
“Analoqu olmayan” rus təyyarəsi bütün parametrlərinə görə fransızlara uduzdu
Gəlin və bəy motosikletlə zala daxil oldu – VİDEO










