Bu icra başçısı çoxuşaqlı atadır - FOTO

Azərbaycanda fəaliyyət göstərən icra başçıları müxtəlif keyfiyyətlərə görə bir-birilərindən fərqlənirlər. Onların yaşı, stajı, təhsili və idarəetmə metodu həmişə müzakirə mövzusu olub.
Avtosfer.az metbuat.az-a istinadən xəbər verir ki, Sabirabad rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarovu həmkarlarından fərqləndirən cəhətlərdən biri çoxuşaqlı ata olmasıdır.
Qeyd edək ki, Siraqəddin Cabbarov 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olub. 1981-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis-mexanikdir.
Əmək fəaliyyətinə 1981-ci ildə başlayan Siraqəddin Cabbarov 28 avqust 1992-ci ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və başçının müavini vəzifələrində işləyib. O, 25 aprel 2008-ci il tarixdən 17 may 2019-cu il tarixədək Saatlı rayon icra kakimiyyətinin başçısı olub.
17 may 2019-cu il ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Siraqəddin Cabbarov 5 uşaq atasıdır. Onların beşi də ali təhsillidir. Cabbarovlar dövlət və özəl müəssisələrdə çalışırlar. Siraqəddin Cabbarovun övladlarının adı mətbuatda heç vaxt mənfi kontekstdə hallanmayib. İcra başçısı ailə dəyərlərinə sədaqəti ilə tanınır.
Fotoda: Siraqəddin Cabbarov

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












