Bu il üç dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq - FOTO

Bu ilin yanvar, fevral və avqust aylarında “planetlərin paradı” kimi tanınan nadir astronomik hadisə müşahidə olunacaq.
Bu barədə Avtosfer.az-a Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, "planetlərin paradı” Günəş sistemindəki bütün və ya bəzi planetlərin Günəşdən bir tərəfdə, kiçik bir sektorda yerləşməsi ilə baş verən astronomik hadisədir. Bu zaman planetlər səmada bir-birinə nisbətən yaxın görünür və hətta bir xətt boyunca düzüldüyü təsiri yaranır.
Hadisə zamanı Günəşdən bir tərəfdə dörd planet bir sektorda düzülərsə, bu, kiçik parad adlanır. Altı planet düzülərsə, böyük parad, bütün planetlər bir sırada olduqda isə tam parad hesab edilir.
Üç planetin bir-birinə yaxınlaşdığı mini parad ildə bir neçə dəfə, dörd planetin yaxınlaşdığı kiçik parad ildə bir dəfə, beş və ya altı planetin iştirak etdiyi böyük parad isə hər 20 ildən bir baş verir.
Tam planet paradı isə olduqca nadir hallarda, təxminən 170-180 ildən bir müşahidə olunur.
Beləliklə yanvarın 21-də axşamdan Günəş batan kimi 6 planet - Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun Yerdən eyni vaxtda görünəcəklər. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Venera, Neptun, Uran, Yupiter və Mars.
Uran və Neptunu müşahidə etmək üçün durbin və ya teleskop tələb olunur, çünki bu planetlər adi gözlə görünməyəcək. Digər planetləri (Venera, Mars, Yupiter və Saturn) adi gözlə asanlıqla müşahidə etmək mümkündür.
Bundan başqa, fevralın 28-də axşamdan Günəş batan kimi 7 planet - Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran və Neptun planetləri Yerdən eyni vaxtda görünəcəklər. Səmada görünmə ardıcıllığı isə qərbdən şərqə doğru belə olacaq: Saturn, Merkuri, Neptun, Venera, Uran, Yupiter və Mars.
Eyni zamanda avqustun 11-də səhər saatlarında 6 planeti - Merkuri, Venera, Yupiter, Saturn, Uran və Neptunu Yerdən eyni vaxtda görmək mümkün olacaq.
Qeyd edək ki, “planetlərin paradı” tamamilə vizual hadisədir və Yerin təbiətinə, canlılara heç bir mənfi təsir göstərmir.
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO
“BYD”də qəribə nasazlıq; sürücü bunu edəndə bütün panel donur - VİDEO











