Bu ilin ƏN ÇİRKLİ HAVASINA malik şəhər

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo dünyada ən çox hava çirkliliyi olan şəhərlər sırasında birinci yerdədir. Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkətinin məlumatına görə, Sarayevo 2025-ci ilin ilk günündə dünyada ən yüksək hava çirkliliyinin ölçüldüyü şəhərdir.
Belə ki, Sarayevoda havanın keyfiyyət indeksi 301 olaraq qeydə alınıb. Şəhər havanın keyfiyyət indeksinə görə təhlükəli və qeyri-sağlam olaraq təsnif edilib.
Mütəxəssislər Sarayevoda hava çirkliliyinin artmasını qış fəsli ilə əlaqələndirirlər. Qış aylarında ümumilikdə Qərbi Balkan regionu ölkələrində havanın çirklənməsinə köhnə model avtomobillərin işlənmiş qazları, aşağı kalorili yanacaq və sənaye müəssisələri səbəb olur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












