Bu ilin sonuncu planetlər paradı olacaq

2025-ci ilin yanvar ayında 6 planetin iştirakı ilə böyük parad, fevral ayında isə 7 planetin qoşulduğu nadir tam planet paradı müşahidə olunmuşdu. İlin sonuncu paradı isə avqustun 10-da baş verəcək. Bu barədə Avtosfer.az-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, Azərbaycanda tam sıralanma 10 avqust saat 04:08-dən başlayacaq, saat 04:50-də son planet Merkuri qoşulacaq. Saat 05:46-da isə Günəş artıq üfüqdən qalxmış olacaq. Ay, Saturn, Neptun, Uran, Venera, Yupiter və Merkuri qərbdən şərqə doğru düzüləcək. Təəssüf ki, hazırda Mars səmada Günəşdən sonra mövqeləşdiyi üçün bu paradda olmayacaq. Yupiter ilə Venera səmada yaxınlaşacaqlarından, Veneranın fonunda Yupiter o qədər də parlaq görünmür. Saturn və Uran isə zəif olduqları üçün onları adi gözlə görmək mümkün deyil, kiçik teleskopla müşahidə etmək olur. Merkuri isə Günəşə çox yaxın olduğundan müşahidəsi çətinləşəcək. Avqust ayının sonunadək planetləri bir yerdə izləmək mümkün olacaq.
Qeyd edək ki, planetlərin paradı tamamilə vizual hadisədir və parad zamanı Yer səmasında onlar ardıcıl sıralasanlar da kosmosda planetlərin konfiqurasiyası tamamilə fərqli olur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












